İnsan bədəninin ortalama temperaturunun son iki əsrdə aşağı düşdüyü araşdırılıb.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, Stanford Universiteti Tibb Fakültəsindən olan araşdırmaçılar ABŞ-da apardıqları təcrübədə 677 min 423 nəfərin bədən temperaturunu ölçərək qiymətləndirmə edib. İnsan bədəninin ortalama istiliyinin son iki əsrdə düşdüyü məlum olub.
Araşdırmaçılar ilk olaraq 1862- 1930 illərdə Amerika Vətəndaş müharibəsinin qazilərinin, ikinci 1971 - 1975 ci illərdəki ABŞ Milli Sağlamlıq və Bəslənmə Araşdırma Anketinə qatılanların, son olaraq da 2007 -2017-ci illərdə Stanford Sağlamlıq Xidmətlərinə gələn yetkin xəstələrin bədən istiliyi qeydlərini araşdırıb.
Əldə edilən nəticəyə görə, 21-ci əsrdə dünyaya gələn kişilərin bədən istiliyi 19-cu əsrdə dünyaya gələnlərə nisbətdə 0,6 dərəcə, qadınların da 1890-cı illərdə doğan həmcinslərilə müqayisədə 0,03 dərəcə aşağıdır.
Araşdırmaya rəhbərlik edən professor Julie Parsonnet köhnə məlumatlarla yeni bilgiləri müqayisə edərək insan bədənindəki istiliyin düşməyinə nəyin səbəb olduğunu tapmağa çalışıb.
Səbəb kimi fizioloji olaraq dəyişmə, evlərin istiliyi, mikroorqanizmlərlə təmas və istehlak edilən qidalar göstərilib.
37 dərəcə təməl göstərici olaraq qəbul edilmişdi
Araşdırmaçılar bu enməni ekoloji faktorlara görə azalan metabolik sürət, ictimaiyyət arasında sağlamlıqla bağlı irəliləyiş, iltihab hadisələrindəki azalma, yüksək həyat standartları, bədənin özünü isti tutmaq üçün daha çox işə ehtiyac duymamağı ilə əlaqələndirib.
Qeyd edək ki, alman həkim Carl Reinhold August Wunderlic-hin 1851-ci ildə ortalama bədən istiliyini 37 dərəcə təyin etməsindən sonra bu istilik təməl göstərici olaraq qəbul edib.
Araşdırmanın nəticələri "eLifə" jurnalında dərc edilib.
Vüsalə Əlövsətqızı, TurpKimi.com