İnsanların qeyri-adi qorxuları - Çox təəccüblənəcəksiz


İnsanların qorxularının elmi dildəki qarşılığı fobiyadır.İnsanın nədənsə qorxması normaldır. Amma elə  qorxular var ki, adam eşidəndə dili ağzında quruyur. 

insanlarin-qeyri-adi-qorxulari
05.08.2021 12:28 2 dəq oxuma

TurpKimi.com bir-birindən maraqlı fobiya növlərindən bəzilərini oxucuların diqqətinə çatdırır. 

Araknofobiya

Araknofobiya hörümçəkdən qorxanların sahib olduğu fobiya növüdür.

Statistikaya görə insanlarda ən çox rast gəlinən fobiyadır.  Onlar ümumiyyətlə, hörümçəklərdən çox qorxarlar və onları görüncə  panikaya düşərlər. Hörümçək qorxusu hər hansı bir spesifik fobiya kimi müalicə üsulu ilə  aradan qaldırıla bilər. Bu fobiyanın öhdəsindən əslində qorxduğu şeylə xəstənin təmas qurması ilə gəlinir. 

Siberfobiya

Texnologiyadan qorxursunuzmu? Siz də siberfobiya var. Ümumiyyətlə, texnologiyadan qaçan, planşet, ağıllı telefon istifadə etməkdən imtina edənlərdə müşahidə edilir.  

Hipofobiya

Atlardan qorxanlara verilən ad Hipofobiyadır.  Əgər bir şəxsin atlara qarşı şişirdilmiş qorxusu varsa və  bu simptomları ən az 6 aydır yaşayırsa, deməli hipofobiyası var. Bu simptomlar, ümumiyyətlə bu heyvanları gördüklərində və ya yanlarında olduqlarında hiss edilir. Eyni zamanda bu tərz simptomlar  atları düşündüyündə belə ortaya çıxa bilir.

Telefobiya

Günümüzün reallığıdır. Qısacası telefonla danışmaqdan qorxanlara deyilir.  Zəng çalan  telefona cavab vermək, telefonda danışarkən gərgin olmaq kimi reaksiyalar verilməsinə səbəb olan telefobiya ictimai həyata mənfi təsir edən bir vəziyyətdir. Telefonla danışmaqdan qorxmaq həm də sosyofobiya ilə əlaqəlidir.

Pedofobiya

Uşaqdan, körpədən qorxmağa Pedofobiya deyilir. Maraqlı bir fobiya növüdür. Uşaq gördüyü anda adam anormal dərəcədə qorxu yaşamaqdadır. Bu qorxular zamanla psixoloji gərginliyə, anormal reaksiyalara  belə səbəb olmaqdadır.

Gamofobiya

Evlilikdən, daha doğrusu məntiqsiz bir evlilikdən qorxanlara verilən addır. Sevgisindən ölsə belə adam məntiqli bir çərçivəyə oturda bilmədikdə partnyoru ilə evlənməkdən qorxa bilər.

Podofobiya

Özünün, ya da başqasının ayaqlarından qorxan insanların sahib olduğu fobiya növüdür. Böyük ehtimalla öz ayaqlarına görə qınanılan və  mənfi şərhlər alan, ya da  həyatının bir dövründə gördüyü və narahat olduğu ayaqlardan sonra bu fobiya yaranmışdır.

Ablutofobiya

Bu fobiya yuyunma, duş qəbul etmə, təmizlənməkdən qorxanları əhatə edər. Uşaqlıqda yaşanan faciəvi duş almaqdan  sonra insanlar yuyunmaqdan qorxmağa başlayırlar.

Alektorofobiya

Keçmişdə bir toyuq tərəfindən hücuma uğrayanların sahib olduğu qorxuya Alektorofobiya deyilir. Qısacası toyuqdan qorxmağa verilən addır.

Nomofobiya

Son illərin ən böyük fobiyalarından biri də Nomofobiyadır. Telefonsuz qalmaqdan qorxurlar. İndiki vaxtda fərq etməsək də bir çoxumuzda mövcuddur. Belə düşünək, telefonunuz yanınızda olmadıqda nə qədər sakit qala bilirsiniz?

Omfalofobiya

Göbək dəliyindən qorxmağa Omfalofobiya deyilir. Nə özünün, nə də başqasının göbək dəliyinə toxuna bilər, baxa bilərlər. Daxili orqanlarının oradan çıxacağını düşünən belə var.

Pediofobiya

Pediofobiya canlı kimi görünən oyuncaq körpələrdən qorxmağa verilən addır. Bəziləri deyir ki, bu qorxu "Chucky" filmindən sonra yaranıb. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 04-05-2020