İranda örtük, hicab məsələlərinin tarixi haradan başlayır?


İranda baş verənlərin qısa təhlili haqda maraqlı araşdırmanı oxucularla bölüşürük.

iranda-ortuk-hicab-meselelerinin-tarixi-haradan-baslayir
22.09.2022 08:57 4 dəq oxuma

Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmini adlı qız İran rejiminin qaydalarına görə hicab geyinmədiyi üçün polis tərəfindən saxlanılıb. Polis bildirib ki, xanım hicabdan düzgün istifadə etməyib və onun saçı görünüb. Polis bölməsinə aparılan qız daha sonra xəstəxanaya aparılıb, xəstəxanada komaya düşüb və dünyasını dəyişib. Daha sonra qızın işgəncə görmüş halda fotoları yayılıb. İran rejimi Məhsanın dəfnini tələsdirməyə çalışıb, amma yüzlərlə insan Məhsanın məzarına toplaşıb.
 
Daha sonra qadınlar çadralarını çıxararaq havaya atıblar. "Diktatora ölüm”, "Azadlıq” şüarları səsləndirilib. Oxşar müdaxilə ilə polis yenə xalqa atəş açır, ağrılı səhnələr təkrar-təkrar davam edir. Bəs İranda örtük, hicab məsələlərinin tarixi haradan başlayır?

AZXEBER.COM bununla bağlı araşdırma aparıb. 

 2017-ci ildən etibarən İranda artan sinif hərəkatı ilə qadınlar etirazların və hüquq mübarizələrinin ön sıralarında yer almağa başlayıblar.
 
İran İslam İnqilabından bəri bu cümlə çox eşidilib: "İndi bizim əsas məsələmiz hicab deyil”. Bu cümlə son zamanlara son hadisələrə qədər çox işlədilirdi. Bəzi sol və mübarizə qrupları da bu mövzuda öz tənqidlərini bildiriblər. Onlar deyirdilər ki, İran rejimin özünü bu məsələ ilə barışdırmasaq, ona ələ almamız mümkün olmayacaq.
 
İlk illərdən etibarən təzyiqlərin ən çox olduğu məsələlərdən biri bu iki məsələ ilə bağlı idi: Şəriət və qadın.
 
"Gaşte Erşad” və ya əxlaq Əxlaq Polis Mərkəzi 1980-ci illərdən fərqli formada fəaliyyət göstəridilərsə, 2006-cı ildə artıq bu ad altənda fəaliyyətə başladılar.
 
İranda 1979-cu il inqilabından sonrakı ilk günlərdən həmin dövrün qızğın siyasi mühitində dövrün dini və siyasi lideri Ayətullah Xomeyniyə yaxın olan şəxslər tərəfindən "qadınlar üçün hicab və örtünmənin məcburi olması” tələbləri irəli sürüldü. 1997-ci ildə İranda molla rejimi tərəfindən təsdiq edilən və sistemə hakim olan müxtəlif təbəqələr tərəfindən dəstəklənən "Hicab və İffətə təşviq Qanunu” illərdir ki, həm islahatçılar, həm də radikal islamçılar üçün ortaq zəmin olub.
 
İran rejiminin inqilabdan sonrakı cəmiyyətdə qadınların mövqeyi ilə bağlı ilk addımlarını rejimin qurduğu "İslam İnqilabı Komitələri”nin açıq-saçıq qadınlara qarşı zorakılığı ilə tam aydın görmək mümkün olurdu. Bu proses isə Tehranda inqilabdan sonra hökumət əleyhinə ilk böyük nümayişlərə səbəb oldu.
 
1983-cü ilə qədər qadınların hicab taxması ilə bağlı məcburi olaraq qanun qəbul edilməsə də, nazirlik hicabsız və örtüksüz şəxslərin dövlət idarələrində olmasını qadağan etdi və bu, mühüm repressiya prosesinin başlanğıcı oldu.
 
Qadın haqları günü-gündən əldən alındı, mübarizə aparanlar sıxışdırıldı, həbs edildi, işgəncələrə məruz qaldı. 2006-cı ilin yazında polis məmurları "Erşad” patrul xidmətinin başlandığını elan edərək, onların vəzifəsinin yalnız hicab və çadra qaydalarına əməl etməyənləri xəbərdar etmək olduğunu bəyan ediblər. 27 avqust 2006-cı ildə Böyük Tehran Polis Komandanlığının Təhlükəsizlik Polisinin rəhbəri Rza Əlipur bir ay ərzində 63.693 qadına "çadra taxma pozuntusu" ilə bağlı xəbərdarlıqe tdiklərini bildirdi.

 Sonrakı aylarda isə prosedur dəyişdi və polis rəsmiləri çoxlu sayda qadının həbs olunduğunu açıqladı. 2007-ci ilin aprelində Tehran polis qüvvələrinin komandiri Əhmədrza Radanın isə belə bir çıxışı oldu: "Daha pis və rüsvayçı olanlar həbs edilməli və idarə heyətimizdəki qadın məsləhətçilər tərəfindən xəbərdar edilməlidir.
 
Daha sonra həmin şəxslərin ailələrindən xahiş olunur ki, polis idarəsinə gəlsinlər və övladlarının görünüşünü düzəltsinlər”. Son illərdə isə patrul xidmətinin əməkdaşları tərəfindən döyülən qadınların görüntülərinin yayımlanması gündəmdədir. Məsələn, 2018-ci ildə yayımlanan videoda kişi və qadın polislərin parkda bir neçə gənc qadınla mübahisə etməsi əks olunub.
 
Ötən iyul ayında isə bir ananın xəstə qızının polis şəxsləri tərəfindən tutulması və özünü polis maşının qarşısına atmasının əks oldunduğu video ciddi narazılıqlara səbəb olmuşdu.
 
Qadınların geyim tərzi ilk gündən İran rejimi üçün əsas müzakirə mövzusu olub, çünki bu məsələ İran rejiminin xarakterik və ideoloji çərçivəsini ortaya qoyur. Məcburi örtünmə məsələsi təkcə ölkənin özəlliyi və xalqın adət-ənənələri ilə paralel inkişaf edən proses deyil. Əksinə, ideoloji çərçivə ilə rejim tərəfindən rəsmi və qanuni şəkildə qadınlara tətbiq edilir.
 
İran rejimi əvvəlcə qadınların hüquqlarını məhdudlaşdırmaq üçün çərçivə hazırlayıb, həyata keçirdi. Bunun üçün xüsusi nazirliklər, komitələr, təzyiq mexanizmləri yaradıldı. İran rejimi Məhsa Əmini öldürdükdən sonra isə soyuqqanlı şəkildə əvvəllər olduğu kimi "biz etmədik, o, xəstə idi” açıqlamasını verdi. İnqilabın ilk illərindən etibarən məhz bu soyuqqanlıqla minlərlə gəncin həyatına son qoyuldu.