İrandan gətirilən və qadınlarının qədim gözəllik sirri olan - RUŞUR DAŞI


Faydaları və istifadə qaydası...

irandan-getirilen-ve-qadinlarinin-qedim-gozellik-sirri-olan
18.02.2021 01:14 2 dəq oxuma

Qədim dövrlərdən istifadə olunan ruşur daşının bir çox faydaları var.

İran mədəniyyətinə aid olan bu təbii daş dərini sakitləşdirmək və ağartmaq üçün istifadə olunur. İran hamamlarında istifadə olunan və hamam daşı olaraq adlandırılan ruşur daşı qadınların gözəllik sirri kimi qəbul edilir. Digər adı isə “sefitab”dır. Təbaşirə bənzəyir, ancaq bir az qatı tərkiblidir. İranın Sefitab adlı mağarasından təbii yollarla çıxarılan ruşur daşı, adını da burdan götürmüşdür. Xüsusilə ölü dərilərin təmizlənməsinə kömək edir.

Necə istifadə olunur?

Ölkəmizdə də satılan ruşur daşı nəmli və ya isladılmış dəriyə vurulur. Əl və üz də daxil olmaqla bədənin hər yerinə bu daşı sürtüb masaj etdikdən sonra, 1-2 dəqiqə gözləyin. Sonra su və ya sabunla ruşur daşının sürtüldüyü hər yer yuyulub təmizlənir. Bunun sayəsində dəriniz təmiz, ləkəsiz və hamar olacaq. Hətta təbii tərkibi qocalmanın qarşısını da alır.

Yüzillərdir istifadə olunan və təbii olan  ruşur daşı mədəni mirasdır. Keçmişdə İran hamamlarında qadınlar tərəfindən istifadə olunan daş, bu gün o qədər məşhurlaşıb ki, dünyanın hər yanında insanlar tərəfindən istifadə olunmağa başlanılıb.

Faydaları:

- Dərini ağardır.

- Masaj edərək üzə sürtüldükdə dəridəki məsamələrin açılmasına kömək edir.

- Civzə, anke və ləkələri yox edir.

- Ölü dəriləri təmizləyir, dərinin canlanmasına kömək edir. Ruşur daşı eyni zamanda pilinq xüsusiyyətinə malikdir. Dərini yeniləyir və canlandırır.

- Təbii detoks təsiri yaradır.

- Stress və gərginliyi azaldır.

- Günəş və doğum ləkələri, yaş artdıqca ortaya çıxan dəri qaralmalarında da istifadə olunur.

Dərini ağartmaq məqsədiylə davamlı istifadə etdikdən 2 həftə sonra gözlə görüləcək dərəcədə dərinin ağardığını müşahidə edəcəksiniz. Təbii olduğu üçün dəriyə heç bir mənfi təsiri yoxdur.

Qeyd edək ki, ruşur daşının saxtaları da var və onlar çox bərk olurlar. Təbii daşların üzərinə isə möhür vurulur. Əgər daşın üzərində mavi rəngdə möhür yoxdursa, deməli aldığınız daş gerçək deyil.

Firuzə Alimova / TurpKimi.com