İslam tarixində HƏCC neçə dəfə ləğv edilib? - Tarixi araşdırma


2020-ci ildə ləğv edilən Həcc ziyarəti də yazıdakı tarixi faktların sırasına qoşulur.

islam-tarixinde-hecc-nece-defe-legv-edilib
26.07.2020 01:13 3 dəq oxuma

Müsəlmanların Qüdsdən sonra ilk və son qibləsi, duaların Allaha qovuşduğu yerdir Kəbə. Və imkanı olan hər bir müsəlman ildə bir dəfə vəzifəsini yerinə yetirmək üçün müqəddəs torpaqları ziyarət edir. Lakin tarixə nəzər yetirdikdə baş verən bəzi hadisələrdən dolayı həcc ziyarəti dəfələrlə ləğv olunmuşdur.

Bu il də məlum koronavirus pandemiyasına görə müsəlmanların həcc və ümrə ziyarətinin ləğv edilməsiylə bağlı çağırış edilib. Belə ki, Səudiyyə Ərəbistanında artan yoluxma saylarını görən Səudiyyə hökuməti hacılara səyahət hazırlıqlarını təxirə salmalarını bildirib.

Hər il dünyanın dörd bir yanından təqribən 2 milyon insan həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlir. Bu ilin iyul ayında gerçəkləşməsi gözlənilən müqəddəs ziyarət, Səudiyyə hökuməti ölkədə 1563 nəfərin virusa yoluxduğunu, 10 nəfərin isə öldüyünü qeydə aldıqdan sonra ləğv edildi.

1932-ci ildə Səudiyyə Ərəbistanı hökumətinin qurulmasından bəri və dünyada milyonlarla insanın ölümünə səbəb olan İspan qripində (1917-1918) ləğv edilməyən Həcc ziyarəti, əslində İslam tarixində təqribən 40 dəfə ləğv edilib və ya təxirə salınıb. Əgər koronavirus pandemiyasından dolayı Həcc ziyarəti ləğv edilirsə, bunun ilki 629-cu ildə yaşanıb.

TurpKimi.com “Middle East Eye” xəbər saytında Mustafa Abu Sneinehin “Vəba, siyasət və qarşıdurma: Əsrlər boyu ləğv edilən Həcc” başlıqlı yazısında araşdırılaraq qeyd edilən tarixi faktları təqdim edir:

865-ci il, Ərafat dağında qətliam

Əl-Şafak kimi tanınan və Abbasilər xilafətiylə ixtilafda olan İsmayıl Bin Yusuf  865-ci ildə Məkkədəki Ərafat dağına hücum təşkil edir və zəvvarlar qətlə yetirilir. Bu qətliam müqəddəs ziyarətin ləğv edilməsinə səbəb olur.

930-cu il, Karmati hücumu

Karmatilər İsmailiyə məzhəbindən törəyən və Fatimilərlə ittifaq qurmaqdan imtina edən bir qrupdur. Bəhreyndə olan liderləri Əbu Tahir əl-Cennabi 930-cu ildə Məkkəyə hücum edir. Tarixi qeydlərə görə hücum zamanı 30 minə yaxın zəvvar öldürülərək Zəmzəm quyusuna atılmışdır. Bundan başqa, Məscidi-Haram talan edilir və Hacər-ül Əsvəd (Kəbədəki qara daş) oğurlanır. Oğurlanan müqəddəs daş isə Bəhreyn adasına aparılıbmış. Həmin daş tapılıb yerinə qaytarılana qədər həcc ziyarəti 10 il müddətinə ləğv edilmişdir.

983-cü il, Abbasi və Fatimid xilafətləri

İraq və Suriyaya bağlı Abbasi xilafəti ilə Misirin Fatimid xilafəti arasında yaşanan siyasi qarşıdurmalar nəticəsində Həcc qadağan olunmuş və qadağanın götürülməsi 8 ilə qədər davam etmişdir.

1831-ci il, Vəba epidemiyası

Həmin dövrdə Osmanlı imperiyasından da yan keçməyən və Hindistanda baş qaldıran vəba epidemiyasının yayılması nəticəsində hacıların 4-də 3-ü dünyasını dəyişmiş, həcc səfərləri və ziyarətləri həftələrlə məhdudlaşdırılmışdır.

 1837-1858-ci illər arasında silsilə epidemiyalar

21 illik müddət ərzində həcc ziyarəti 3 dəfə təxirə salınmış və müsəlmanlar  cəmi 7 il həcc ziyarətindən məhrum qalmışlar. 21 illik müddətin 1837-1840-ci illərində Məkkədə baş qaldıran yoluxucu xəstəlikdən dolayı;

1846-ci ildə vəba epidemiyasının yayılmasıyla 15 mindən çox insan həyatını itirmiş və 1950-ci ilə qədər davam edən yoluxma 1865 və 1883-cü illərdə yenidən ən yüksək səviyyəyə qalxmışdır.

1858-ci ildə isə yenidən Məkkənin  Qırmızı dəniz sularında karantin altında saxlanılan misirli  hacıların qaçması ilə vəba kütləvi şəkildə yayılaraq qlobal xarakter almışdır.

Mənbə: https://www.middleeasteye.net/news/coronavirus-saudi-arabia-muslims-hajj-cancel-pilgrim

Firuzə Alimova / TurpKimi.com