İSLAMDA uşaq tərbiyəsi - Qərb ölkələrini təəccübləndirən ÜSUL


Uşağın əxlaqı ilk olaraq bizim tərbiyəmizdən qazanılır.

islamda-usaq-terbiyesi
23.01.2022 23:24 2 dəq oxuma

Səlcuq dövlətinin böyük İslam alimlərindən olan, eyni zamanda filosof və sufi Əbu Hamid əl-Qəzzali qələmə aldığı əsərlərində bugünə qədər gəlib çıxan dəyərli məlumatlar vardır. Həmin dövrlərdə müəllimlərin stolüstü kitabı olan İmam Qəzzalinin uşaq tərbiyəsinə dair fikirləri bu gün də bir çox pedaqogika elminin əldə etdiyi ən dəyərli məlumatlardır.

TurpKimi.com bildirir ki, Qəzzalinin uşaq tərbiyə metodlarına baxdıqda təməl daşlarının şəxsiyyətin formalaşmasından başladığına diqqət çəkib.

Hətta uşaq dünyaya gəlməzdən əvvəl əxlaqlı və tərbiyəli həyat yoldaşının seçilməsinin vacibliyinə dair işarələr verib. Daha sonra ananın yediyi qidaların uşağa necə təsir etdiyi də önəmlidir. Ana və atanın dini həyat yaşaması, atanın haram qazanclardan uzaq durub evə halal pul gətirməsi kimi davranışlar həqiqətən uşaqların şəxsiyyətinə də təsir edən faktorlardır.

1 – TUFULET (çağa dövrü)

Ərəb dilində “tıfl” “körpə, çağa” mənasını verir. Yəni doğulduğu gündən başlayaraq süddən kəsiləcəyi dövrə qədər olan müddət.  İslam alimləri bu dövr üçün ana və atalara aşağıdakıları tövsiyyə edir:

- Uşağa mənası gözəl olan ad qoymaq;

- Uşağın cinsiyyəti oğlandırsa, sünnət etdirmək;

- Halal süd ilə uşağı qidalandırmaq;

2 – SABAVET  (uşaqlıq dövrü)

Uşağın süddən kəsildiyi, lakin hələ təhsil ala bilməyəcəyi bir dövrdə uşaqlara erkən inkişaf məqsədi ilə bəzi bacarıqlar öyrədilməlidir. İslam alimləri bu çağda uşaqları məlumatlarla boğmaq yerinə, onlara gözəl ədəb və əxlaqın qazanılmasını irəli sürür. Sadəcə dini tərbiyəyə əsaslanan sevdirici vərdişlər öyrədilə bilər.

3 – MÜMEYYİZ (yeniyetməlik dövrünə doğru)

7 yaşından yetkinlik yaşına qədər olan dövrdür. Bu zaman bəzi dini vəzifə və əxlaqların öyrədilməsi lazımdır. Yetkin olmazdan əvvəl elm öyrədilməlidir. Bu dövrdə əxlaqsızlıq və ya pis vərdişlərə səbəbiyyət verməmək üçün ana və atalar uşaqlara gözəl həya və əxlaq duyğusu aşılamalıdır.

Uşağa çox yeməyin pis bir şey, ədəbli və az yeməyin gözəl əxlaq olduğu başa salınmalıdır. Yeməkdən əvvəl və sonra əlləri yumağın sünnət olduğu, yeməyə “bismillah” ilə başlanılması öyrədilməlidir.

Yemək, içmək qədər vacib olan digər məsələ geyimdir. Belə ki, günümüzün ən böyük problemlərindən biri olan israfdan qaçmaq lazımdır. Bahalı və marka geyimlərdən uzaq durmaq, sadə və büdcəyə uyğun paltar geyinmək tərzi uşaqlara sevdirilməlidir. Uşaqlara həyasızlığı və azğınlığı artıracaq musiqilər dinlətməməli, bunun yerinə dini hekayə və ya ilahilər oxuna bilər.

Nə zaman uşaqda gözəl əxlaq, yaxşı hərəkət müşahidə edilərsə, mükafatlandırmaq, hədiyyə vermək, onu sevindirəcək şəkildə davranmaq lazımdır. Etdiyi gözəl əməlindən dolayı onu insanlar arasında fəxrlə tərifləyin!

Yazlıb: 11.12.2019-cu ildə

Firuzə Alimova / TurpKimi.com