İspaniyalı alimlər vaksində qrafen aşkarladı - Hesabat yayımlandı


Qrafen orqanizmdə nələrə səbəb olur?

ispaniyali-alimler-vaksinde-qrafen-askarladi
13.07.2021 00:51 1 dəq oxuma

İspaniyanın Almera Universitetinin professoru Dr.Pablo Kampra Madrid adlı alimin vaksinlər üzərində mikroskopik araşdırma apardığı ortaya çıxıb.

TurpKimi.com bildirir ki, Prof.Dr.Pablo Kampra Madrid tərəfindən yayımlanan hesabatda BioNTech / Pfizer və Moderna vaksinlərinin içərisində qrafen-oksid maddəsi olduğu açıqlanıb. Hesabata görə vaksinlərdə qrafen maddəsinin miqdarının 99 faiz olduğu irəli sürülüb. Lakin araşdırmaçı alimin hesabatı ilə bağlı vaksin şirkətlərindən hələ təkzib xəbəri verilməyib.

Qrafen-oksid orqanizmə müxtəlif yollarla daxil olduqda trombogenliyə səbəb olan güclü bir toksindir. Qrafen-oksid bədəndə laxtalanmaya səbəb olur. Trombogenlik – qanla təmasda olan maddənin tromb və ya laxtalanma yaratmasıdır.

Qrafen-oksid mitoxondrial zədələnməyə, iltihab sonrası sindroma, ağciyər fibrozuna, immun sisteminin pozulmasına və sitokin fırtınasına səbəb olur.

Qrafen oksid ağciyər yolu ilə bərabər şəkildə diffuziya edir və ikitərəfli pnevmoniya əmələ gətirir. Ağciyər alveolyar mikrolitiyaz, kalsium fosfat adlanan bir birləşmənin bir çox kiçik hissəsinin (mikrolit) tədricən kiçik hava kisələrində (alveolalarda) yığıldığı bir xəstəlikdir. Ağ ciyərlərdə rast gəlinir. Bakteriyalar başda olmaqla müxtəlif mikroorqanizmlərdən də meydana gəlir. Bəzi sətəlcəmlərdə xəstədən sağlam insana birbaşa yoluxma riski var.

Alimin yaydığı hesabatı fotolarda təqdim edirik:

Mənbə: yeniakit.com

Firuzə Alimova / TurpKimi.com