İsrail alimləri cavanlaşmanın yolunu tapdı


Cavanlaşmaq mümkündür, amma qocalmanın qarşısını almaq olmur...

israil-alimleri-cavanlasmanin-yolunu-tapdi
29.06.2022 16:17 1 dəq oxuma

İsrailin Hayfadakı Rambam Tibb Kampusunun və Texnion Texnologiya İnstitutunun alimləri 20 illik araşdırmalardan sonra insan dərisini cavanlaşdırmağın yolunu tapıblar.

Bu mövzuda elmi məqalə “Science Advances” jurnalında dərc olunub. Alimlər bu məqsədlə siçanlardan istifadə ediblər. Təcrübə çərçivəsində tədqiqatçılar ağır birləşmiş immun çatışmazlığı (SCID) olan gənc siçanlara dəri transplantasiyası köçürüblər. Alimlərin qeyd etdiyi kimi, bu proses yeni damarların böyüməsi, dərinin xarici təbəqəsinin repiqmentasiyası və qocalma ilə əlaqəli həyati biomarkerlərin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə müşayiət olunub.

Bununla belə, mütəxəssislər qeyd ediblər ki, dərinin cavanlaşdırılması sahəsində irəliləyişlərə baxmayaraq, qocalma prosesini tamamilə dayandıracaq vasitə hələ icad olunmayıb.

TurpKimi.com / Publika.az