Koronavirusla mübarizə aparan İsrail hökuməti diqqətçəkən yeniliyə imza atıb.
İsrail Parlamentinin səsçoxluğu ilə qəbul edilmiş qərarına əsasən, koronavirusa yoluxmuş və ya şübhəli şəxslərin mobil telefonları onların hərəkətlərini təqib edəcək.
İsrailin Baş Naziri Binyamin Netaynahunun ötən həftə bəhs etdiyi təklif parlament tərəfindən də qəbul edildikdən sonra təhlükəsizliyin təqibi sistemi tətbiq edilməyə başlanılıb.
Qeyd edək ki, bu sistem İsraildə terrorla mübarizə üçün nəzərdə tutulub. Yenilik koronavirusa yoluxan insanlar üzərində tətbiq edilərək onların karantin qaydalarına əməl edib-etmədikləri, xəstənin kimlərlə təmasda olduğu nəzarət altına alınacaq.
Virusa yoluxmamaq üçün belə bir tətbiqin çox vacib olduğuna vurğu edən İsrailin bu yeniliyi ölkə və dünya miqyasında geniş müzakirələrə yol açıb. Bildirilib ki, Netanyahunun “terrorla mübarizə” sistemini adi vətəndaşlar üzərində tətbiq etməsi, onların şəxsi həyatına müdaxilə deməkdir.
Firuzə Alimova / TurpKimi.com