İştahsız uşaqlara yeməyi sevdirib yedirtmək üçün - Asan təkliflər


Uşaq qastroenteroloq hepatoloqu və qidalanma üzrə mütəxəssis prof. Dr. Makbule Eren  uşaqlarda iştahsızlıqla əlaqədar müəyyən təkliflər verib.

istahsiz-usaqlara-yemeyi-sevdirib-yedirtmek-ucun-asan-teklifler
19.05.2024 15:02 2 dəq oxuma

TurpKimi.com həmin bilgiləri təqdim edir:

Uşaqlarda iştahsızlıq, yemək yeməmək bir çox ailənin ortaq problemidir. Mütəxəssis bildirib ki,  ilk növbədə uşağınızdakı iştahsızlığın səbəblərini təsbit edib, doğru üsulları tətbiq edərək bu problemdən xilas olmaq mümkündür.

Nəyə görə uşaqlar səhər yeməyindən imtina edərlər?

Gecə qidalanan,  yatmazdan qısa müddət əvvəl yemək yeyən uşaqlar  gecə boyu mədə qıcqırması, allergiya, burun tıxanıqlığı, çətin nəfəsalma, gecə tez-tez oyanma, səhər yorğun qalxmaq kimi problemlərdən əziyyət çəkirlər. Bu uşaqlar səhər yeməyini  iştahla yemirlər. 

Ona görə də iştahsızlığın səbəbini araşdırmaq lazımdır. Yuxu nizamı pozulub hər zamankından erkən qalxmaq məcburiyyətində olanlar da  nahar istəməyə bilər. Məktəbə getmək dönəmində  bu kimi problemlər ola bilər.

Valideynlərə təkliflər;

- Uşağınızın iştahsız olmasını anlayışla qarşılayın. Aclıq cəza olmasa da, yeməyən ac qala bilər.

- Paylara ciddi nəzarət edin. Ancaq əsas və ara  payların saatları dəyişkən ola bilər. Mütləq hər kəs naharı 08.00-da etməz. Saat 10.00-da da  nahar etmək olar. 

- Yeni ləzzətlərə öyrənmək üçün müəyyən zaman lazımdır. Səbrli olun.  

- Bəslənməyi əyləncəli hala gətirin. Elə edin ki, uşaq yeməkdən həzz alsın. 

- Alış-verişdə uşağınızın qida seçməsinə icazə verin, istiqamətləndirin.

- Nümunə olun.

- Yaradıcı olun.

- Yeməyə fokuslanın (Bəslənmə əsnasında TV və oyundan qaçın).

- Şirniyyat və konfetləri mükafat kimi verməyin. Sevgi, narahatlıqlar və bəhanələr bəslənmə əsnasında sizə səhv etməyə icazə verməməlidir. 

- Uşağın nə ilə nə qədər bəsləndiyindən əlavə  necə bəsləndiyi də əhəmiyyətlidir. Sağlam qidalanma tərzinin təməli daha körpəlik çağlarından başlayır və  qidaya başlayarkən bu yolda ilk addımlarınızı atdığınızı unutmayın. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com