İsti havaların insan sağlamlığına verdiyi xeyirlə bərabər zərərləri də vardır. Xüsusilə həssas yaş qrupları isti havalarda mütləq qorunmalıdırlar.
TurpKimi.com xəbər verir ki, ürək-damar həkimləri isti havaların 5 böyük təhlükəsi haqda xəbərdarlıq ediblər.
1) MAYE VƏ DUZ İTKİSİ
Həddindən artıq isti havanın ilk təsiri tərləmə yolu ilə su və duzun itirilməsidir. Bu, qanın tündləşməsinə, qatılaşmasına, damar tıxanıqlığına səbəb olur. Xüsusilə orta yaşlı və yaşlı insanların ürək və ya beyin damarlarının tıxanması infarkt və ya iflicə səbəb ola bilər. Tərləməklə itirilən duz miqdarı bərpa edilməzsə, yaşlılarda problemə səbəb olur. Hipertaniya xəstələri sidikqovucu dərmanlar istifadə edərlərsə daha təhlükəli vəziyyətlə qarşılaşa bilərlər.
2) Damarlarda genişlənmə
Həddindən artıq istilərin mənfi təsiri içərisində damarların genişlənməsi durur. Bu hal qan təzyiqinin düşməsinə səbəb olur. Su və duz itirildikdə halsızlıq və zəiflik baş verə bilər. Qan təzyiqinin aşağı olması infarkt riskini artırır.
3) Orqanizmdə beynin hərarəti tənzimləyən hissəsində qısa müddətli tutulma
Həddindən artıq isti hava beynin hərarəti tənzimləyən mərkəzində müəyyən pozulmaya səbəb olur. Gün vurmasında insanın bədən temperaturu 39-42 dərəcəyədək yüksəlir, tərləmə dayanır, dəri qırmızı rəngə çalır, şüur bulanıq olur. Qısa müddətə müdaxilə edilmədikdə ölümlə nəticələnə bilər.
4) Günəş yanıqları
D vitamini ehtiyacını ödəmək üçün Günəşin rolu əvəzediləzdir. Amma yanmamaq üçün müəyyən vaxt ərzində günəşlənmək lazımdır. Günorta saatlarında günün ən şiddətli vurduğu vaxt (12.00-15.00arası) Günəş yanıqları yaranır. Xüsusilə uşaqlar və açıq dərili insanlar təhlükədədirlər. Günəş qoruyucularına elə də çox etibar etməyin.
5) Gözlərdə problem
Xüsusilə gündüz saatlarında və günəş şüalarının Yer səthinə birbaşa düşdüyü vaxtda həssas olan göz qapaqlarına, gözün buynuzlu qişasında, gözün daxilində narahatlıq, yanma yarana bilər.
İsti havalardan karlı çıxmaq üçün mütləq fikir verin
1) Yükəsk temperaturda 1-2 saatdan çox günəşdə qalmayın. Dənizdə olsanız belə, zamanınızın çox hissəsini kölgədə keçirin. Günəşdən qoruyucu kremlər sizi qorumaz.
2) Çoxlu maye qəbul edin. Soyuq su, limonad, şirələr və duzlu ayran için. Ekstremal istilərdə su ehtiyacı gündə 3-4 litrə qədər çıxa bilər. Mineral itkisinin qarşısını almaq üçün duz və meyvə istehlak edin.
3) Spirtli içkilərdən çəkinin. Soyuq pivə yaxşı seçim kimi görünsə də, alkoqol qəbulu bədəndə maye itkisini artırır və dehidrasiyayaa səbəb olur. Axşam saatlarında spirtli içkiləri qəbul edə bilərsiz.
4) Ürəyiniz sıxılan kimi sərin yerə keçin, duş alın, vücudunuzu su ilə nəmləndirin.
5) Günorta saatlarında günəşə çıxmağa məcbursunuzsa, həmişə şlypadan istifadə edin.
6) Xüsusən də dənizkənarında günəş gözlüyü taxın
7) 50 yaşdan yuxarı insanlar, uşaqlar, ürək, qan təzyiqi və diabet xəstələri xüsusilə diqqətli olmalıdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com