İsti havada çayın sərinlədici təsiri təsdiqləndi


Niyə isti havalarda çaya üstünlük veririk?

isti-havada-cayin-serinledici-tesiri-tesdiqlendi
11.07.2024 00:11 1 dəq oxuma

“İsti çay damar genişləndirici təsirinə görə isti havalarda sərinlənməyə kömək edəcək”.

TurpKimi.com xəbər verir ki, bunu terapevt Anastasiya Timoşenko “NEWS.ru”ya bildirib. O, vurğulayıb ki, içkiyə şəkər yox, nanə, melissa və ya çobanyastığı əlavə etmək daha yaxşıdır. Ekspert qeyd edib ki, belə bir çayı içmək sərin sudan daha təsirlidir.

“İsti çay soyuq sudan daha tez susuzluğu aradan qaldırmağa kömək edir. İsti içki tərləməni artıraraq daha effektiv sərinlənməyə imkan verir. İsti çay qan damarlarını genişləndirir və tərləmə ilə enerjini daha səmərəli şəkildə buraxmağa və müvafiq olaraq soyumağa kömək edir. Çayın şəkərsiz olması isə vacibdir, lakin içinə nanə, melissa və ya çobanyastığı əlavə etmək mümkündür”, - Timoşenko bildirib.

Firuzə Alimova / TURPKİMİ.COM