İsti havalarda kondisionerin ən optimal temperaturu açıqlanıb


Otağı necə sərinlətmək lazımdır?

isti-havalarda-kondisionerin-en-optimal-temperaturu-aciqlanib
11.06.2024 01:08 1 dəq oxuma

“İnsan orqanizmi uzun müddət istiyə tab gətirə bilmir, ona görə də yayda otaqları kondisionerlərlə soyutmaq lazımdır".

TurpKimi.com bildirir ki, bunu Regional Gigiyena və Epidemiologiya Mərkəzinin Rostov filialının epidemioloqu Anna Gorodova “aif.ru”ya bildirib.

Onun sözlərinə görə, ən optimal temperatur 22 dərəcədir.

Kondisionerdən istifadə zamanı tövsiyə olunan optimal hava temperaturu 22 dərəcədən aşağı olmamalıdır”, - Qorodova bildirib.

O, qeyd edib ki, otaqdakı havanı qəfil sərinləmək də tövsiyə edilmir. Həkim əvvəlcə kondisionerin temperaturunu küçə temperaturundan iki dərəcə aşağı təyin etməyi, sonra isə hər 20 dəqiqədən bir onu tədricən 22 dərəcəyə endirməyi məsləhət görüb. Gorodova əlavə edib ki, çöldə və içəridə temperaturun ən optimal fərqi yeddi dərəcə olmalıdır.

Firuzə Alimova / TURPKİMİ.COM