İsti havanın gözlənilməz faydası ortaya çıxdı


İstinin yaratdığı səbəb...

isti-havanin-gozlenilmez-faydasi-ortaya-cixdi
03.07.2024 22:44 1 dəq oxuma

İstidə insanlar çox tərləyir və  bu, sakitləşdirici təsir edə bilər. Məlum olub ki, tər qoxusu narahat qadınları sakitləşdirə bilir.

TurpKimi.com xəbər verir ki, bu barədə Stokholmdakı Karolinska İnstitutunun əməkdaşları paylaşıb.

Məlumata görə, sosial narahatlıqdan əziyyət çəkən 50-yə yaxın qadının iştirakı ilə eksperiment aparılıb. Onlar iki qrupa bölünüb, onlardan birinə iyləmək üçün neytral qoxulu pambıq, digərinə isə tərlə hopdurmuş pambıq verilib. Təcrübənin nəticələrinə görə, tərlə hopdurulmuş pambıq verilən qadınlar qrupunda narahatlıq səviyyəsi 39% azalıb.

“Nəticələr bizi bir az təəccübləndirdi”, - deyə tədqiqatçı Elisa Viqna bildirib.

"Elm adamları bu fenomenin dəqiq səbəbini hələ müəyyənləşdirə bilməyiblər, lakin çox güman ki, bu, buraxılan feromonlarla bağlıdır", - məlumatda qeyd olunub.

Firuzə Alimova / TURPKİMİ.COM