İstifadə etmədiyiniz CD-lərdən əsrarəngiz aksesuarlar hazırlayın - FOTOLAR


İstifadə etmədiyiniz və evinizin bir küncündə yığılıb qalaqlanan CD-lərdən möhtəşəm sənət əsərləri yaratmağa necə baxırsınız?

istifade-etmediyiniz-cd-lerden-esrarengiz-aksesuarlar-hazirlayin
30.05.2023 22:09 1 dəq oxuma

TurpKimi.com CD-lərdən maraqlı suvenirlər və gündəlik həyatınızda istifadə edə biləcəyiniz bir əşya, aksesuar hazırlamağın yolundan yazacaq. 

CD-lərdən biləklik  hazırlamaq

Ləvazimatlar

Böyük bir çarx
Bir ədəd CD
Yapışqan
Qayçı

Hazırlanma qaydası 

CD-ni istər sərbəst, istər kvadrat, istər üçbucaq şəklində kiçik parçalara ayırın. 
Çarxın üstünə yapışqanı sürtün və CD parçalarını üstünə yapışdırın. CD parçalarını yapışdırdıqdan sonra qurumasını gözləyin.

Əsrarəngiz biləkliyiniz hazırdır.

CD-lərdən yaxa bəzəyi 

Ləvazimatlar

Bir neçə ədəd CD
Yapon yapışdırıcısı
Qayçı
Bez
Köynək

CD-ləri qaynamış suyun içinə atın. Bir az gözlədikdən sonra CD-ləri bezin üstünə düzün.  Daha sonra CD-ləri ortadan iki hissəyə kəsin.


Ortadan ikiyə kəsdiyiniz CD-lərin üstündəki şəffaf layın çıxdığını görəcəksiniz. Şəffaf layı çıxardıb atın və ikiyə kəsdiyiniz CD parçalarını təkrar ikiyə kəsin. 

Kiçik üçbucaq parçalar şəklinə bölün. 
Bu kiçik parçaların arxasına yapışdırıcını sürtün. Köynəyinizin yaxasına yapışdırmağa başlayın. Yapışdırma əməliyyatı bitdiyində köynəyinizi daha çox sevəcəksiniz.

Daha maraqlı aksesuarlar da hazırlamaq mümkündür. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 26.04.2020