İstirahət günlərində (iyulun 29-30-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Samur–Yalama milli parkında hava şəraiti əsasən yağmursuz keçsə də, lakin səhər saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, 29-da günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-30°isti olacaq.
Altıağac milli parkı havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-28° isti olacaq.
Ağgöl milli parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsə də, 30-da axşama doğru yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, 29-da arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq.
Qızılağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilsə də, 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.
Göygöl milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq.
Şirvan milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.
Hirkan milli parkına gəlincə isə, cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsə də, 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°isti, gündüz 30-34° isti olacaq.
TurpKimi.com