İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb


İstirahət günlərində (iyunun 17-18-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

istirahet-gunlerinde-milli-parklarda-gozlenilen-hava-seraiti-aciqlanib-1
16.06.2023 22:17 2 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Samur–Yalama milli parkında istirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 17-si gündüz, 18-də gün ərzində arabir yağıntılı olacağı şimşək çaxacağı gözlənilir.

Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-19 °isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkı havanın arabir yağışlı keçəcəyi, 17-si axşam, 18-də gecə və səhər yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Ağgöl milli parkında hava əsasən yağmursuz olacaq. Lakin 18-də axşam arabir yağış yağacağı gözlənilir.
Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 30-32° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti olacaq.

Şirvan milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-si gündüz, 18-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-33° isti olacaq.

Hirkan milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.

TurpKimi.com