İstirahət günlərinin hava proqnozu açıqlanıb


İstirahət günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

istirahet-gunlerinin-hava-proqnozu-aciqlanib
15.10.2022 09:52 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-22° isti olacaq.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 12-16°, gündüz 19-23 ° isti , dağlarda 1-6 ° isti, gündüz 6-9° isti olacaq.

TurpKimi.com