Şənbə və bazarın havası açıqlandı.
17-18 avqust tarixində ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si gündüz saatlarında havanın qısamüddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.
Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraiti avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.
Avqustun 17-si Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq.
TurpKimi.com