İstirahət günü rayona getmək istəyənlərin nəzərinə - Bu yollarda ehtiyatlı olun


Yanvarın 30-na avtomobil yollarında vəziyyət açıqlanıb.

istirahet-gunu-rayona-getmek-isteyenlerin-nezerine
29.01.2022 21:52 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvar ayının 30-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.