İstirahət gününün havası


Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

istirahet-gununun-havasi
18.05.2019 18:37 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti təşkil edəcək. Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək. 

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. 

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək. 

TurpKimi.com

loading...