İtaliyada virus artıq nəzarətdən çıxıb - İnsanlar küçələrdə ölməyə başladı – VİDEO


Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

italiyada-virus-artiq-nezaretden-cixibinsanlar-kucelerde-olmeye-basladi-video
20.03.2020 19:13 1 dəq oxuma

Koronavirusun Avropadakı mərkəzi olan İtaliyada tükləri ürpərdən görüntülər ortaya çıxıb.

TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, artıq İtaliyada bəzi insanların küçələrin ortasında öldüyü müşahidə edilib.

Sosial mediada paylaşılan görüntülərdə bir nəfərin yolun ortasında, bir qadının isə bankda öldüyü görünür.

Qeyd edək ki, İtaliya koronavirusdan ölənlərin sayına görə Çini geridə qoyub. İndiyə qədər Çində virusdan 3249 nəfər ölüb. İtaliyada isə bu rəqəm 3400-ü keçib.

Firuzə Alimova / TurpKimi.com