İnsan baxanda əl atıb içmək istəyir, uşaq neyləsin?!
Uşaqların sevimli içkilərindən olan isti şokoladı evdə daha gözəl şəkildə hazırlayaraq, onları sevindirə bilərsiniz.
Bu, həm cibinizə qənaətdir, həm də övladınız üçün nələrisə öyrənib onu sevindirmək deməkdir.
Bunun üçün bizə lazım olacaq:
- 1 ədəd tünd şokolad;
- 2 çay qaşığı qarğıdalı nişastası;
- 360 ml süd;
- 1 xörək qaşığı kakao;
- 1-2 çay qaşığı şəkər tozu;
- bir çimdik duz;
Hazırlanması:
Əvvəlcə tünd şokoladımızı xırda-xırda doğrayırıq. Digər bir qaba isə əvvəlcədən 2 çay qaşığı qarğıdalı nişastası və üzərinə 120 ml süd əlavə edib həll olunana kimi qarışdırırıq və kənara qoyuruq.
Dəmir qaba isə 1 xörək qaşığı kakao, 1-2 çay qaşığı şəkər tozu, bir çimdik duz və 240 ml süd əvalə edirik. Həmin dəmir qabdakı qarışımı qazın üzərində az istilikdə qarışdıraraq həll edirik. Qaynayana yaxın nişastalı+südlü qarışımı üzərinə əlavə edib qarışdırırıq. Daha sonra xırda şəkildə doğranmış şokoladları tökürük. Şokoladı əlavə etdikdən sonra qazı söndürüb südün istiliyində şokoladı qarışdıraraq həll edirik. Bir xeyli qarışdırdıqdan sonra qatılaşdığını görəcəyik. Bu, “isti şokoladımız hazırdır” deməkdir. Fincanlara süzüb uşaqlara servis etmək olar. Nuş olsun :)
Firuzə Alimova / TurpKimi.com