İyulun 17-nə olan hava haqda


40 dərəcə isti olacaq, arabir güclü külək əsəcək.

iyulun-17-ne-olan-hava-haqda-1
16.07.2025 19:37 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-32° isti olacaq.

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda Aran rayonlarında 36-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.

TurpKimi.com