İyulun 17-si hava necə keçəcək?


İyulun 17-nə olan hava haqda məlumat

iyulun-17-si-hava-nece-kececek
17.07.2024 00:15 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

İyulun 18-19-da əsasən gündüz saatlarında bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Daşkəsən, Balakən, Şəki, Qobustan, Şamaxı, İsmayıllıda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

TurpKimi.com