İyulun 9-na olan hava proqnozu haqda ətraflı məlumat


İyulun 9-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

iyulun-9-na-olan-hava-proqnozu-haqda-etrafli-melumat
08.07.2024 21:49 1 dəq oxuma

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

İyulun 9-dan 10-u gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

 Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Şahbuz, Babək, Culfa, Ordubad, Gəncə, Naftalan, Goranboy, Şəmkir, Göygöl, Bərdə, Mingəçevir, Gədəbəy, Daşkəsən, Şəki, Yevlax, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.