İyunun 18-nə olan hava - Çimmək istəyənlər...


Sabah  Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

iyunun-18-ne-olan-hava
17.06.2019 13:41 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı, 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 30-35% olacaq. 

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı,  dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

TurpKimi.com