İyunun 25-nə olan hava haqda


Bakıda külək, regionlarda yağışlı hava davam edəcək.

iyunun-25-ne-olan-hava-haqda
23.06.2022 21:09 1 dəq oxuma

Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti iyunun 24-dək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.

İyunun 27-dək bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.

TurpKimi.com