K vitamini çatışmadıqda hansı xəstəliklər yaranır?


K vitamini sümük sağlamlığı və damar elastikliyi kimi əhəmiyyətli funksiyaları dəstəkləyən  vitaminlərdən biridir.

k-vitamini-catismadiqda-hansi-xestelikler-yaranir
16.10.2024 21:24 2 dəq oxuma

Əskikliyi damar sərtliyi kimi müxtəlif problemlərə səbəb ola bilər. Xüsusilə yenidoğulan uşaqlarda  Yenidoğulan Körpə Sindromu riskini artırar.

K vitamini orqanizmdə qan laxtalanması, sümük sağlamlığı və damar elastikliyi kimi kritik funksiyaları dəstəkləyən yağda həll olunan vitamin növüdür. K1 və K2 adlı iki əsas növü var.  Orqanizmdə çatışmadıqda  bədəndə tez göyərmə, sümük sıxlığında azalma, damar sərtliyi riski kimi mənfi təsirlərə yol açar.

TurpKimi.com ümumilikdə orqanizmdə K vitamini çatışmazlığının yaratdığı təsirlərlə bağlı bəzi bilgiləri oxucuları ilə bölüşür:

Qan laxtalanması problemləri: K vitamini əskikliyi qan laxtalanmasının müddətinə təsir edir. Bu hal varsa, bədəndə tez göyərmə, diş əti qanaxmaları və həddindən artıq qanamağa meyillilik olar. 

Sümük sağlamlığı problemləri: K vitamini sümüklərdə kalsiumun yaranmasına kömək edər. Əskik olanda sümük sıxlığı azala və osteoporoz riski artar.

Qan damarı sağlamlığı problemləri: K vitamini, damar divarlarının elastikliyini qoruyar və kalsiumun yaranmasına mane olar. Əskikliyində isə damar sərtliyi və  ürək-damar xəstəlikləri riski artar.

Qanaxma: K vitamini çatışmazlığı qanın normal şəkildə laxtalanmasına mane törədə bilər. Bu da qanaxmaya, xüsusilə də daxili qanaxmalara səbəb ola bilər.

Skeletdə problem: Yenidoğulanlarda K vitamini əskikliyi qanama pozğunluğu və sümük inkişafında problemlərə yol açar. Bu hala Yenidoğulan Körpə Sindromu deyilir və ciddi travmalara səbəb olar.

K vitamini çatışmazlığının qarşısını almaq və müalicəsi üçün  müxtəlif qidalarda olan K vitamini möhkəmlətmələri qəbul edilə bilər. Ancaq, K vitamini möhkəmlətməsi qəbul etməzdən əvvəl sağlamlıq mütəxəssisi ilə məsləhətləşməkdə fayda var. 

Balanslı qidalanma  və düzgün seçilmiş qida möhkəmlətmələri ilə  K vitamini əskikliyi riski azaldıla bilər.

Antibiotiklər bağırsaqdakı K vitamini istehsal edən bakteriyaları yox edə bilər. Antibiotiklərin bir neçə həftədən daha uzun müddət istifadə edilməsi K vitamini səviyyəsini aşağı salar. 

Gündəlik K vitamini ehtiyacı nə qədərdir?

Yetkin insanların  bədən ağırlıqlarının hər kiloqramı üçün gündə təxminən 1 mikroqram K vitamininə ehtiyacları vardır. Məsələn, 65 kq ağırlığındakı bir adamın gündə 65 mikroqram K vitamininə ehtiyacı  var. 75 kq çəkidə olan bir adamın gündə 75 mikroqrama ehtiyacı olacaq. Bir mikroqram bir milliqramdan (mq) min dəfə  daha kiçikdir. Bədəninizin ehtiyac duyduğundan çox alınan K vitamini gələcəkdə  istifadə edilmək üzrə qaraciyərdə toplanır. 

K vitamini baxımından zəngin olan qidalar bunlardır: kələm, kabak, çuğundur,  brokoli, itburnu, ispanaq, lobya,  göyərtilər, yaşıl soğan,su tərəsi, cəfəri, kahı, kivi, avokado,  qarağat, dana əti, ton balığı, qaraciyər, soya, matça yaşıl çay tozu və s. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com