Kafe və restoranlar açıla, rayonlara gediş-gəliş bərpa edilə bilər - Prezidentin köməkçisi


İnsanlar qaydalara əməl etməlidir ki, yumşalma getsin.

kafe-ve-restoranlar-acila-rayonlara-gedis-gelis-berpa-edile-biler
08.08.2020 11:57 1 dəq oxuma

“Azərbaycanda növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur”.

TurpKimi.com “Report” xəbər verir ki, bunu Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”, - o qeyd edib.