Kağız kəsiyi niyə insanı çox incidir?


Ağrının başlıca səbəbi heç də kağız deyil...

kagiz-kesiyi-niye-insani-cox-incidir
21.02.2019 22:25 1 dəq oxuma

Bir anlıq kağız kəsilən yeri fikirləşin. Bu tamamilə gözlənilmədən baş verir. Yaranın özü balaca olsa da, ağrısı və hissiyata toxunuşu olduqca böyükdür.

Bəs niyə kağız kəsiyi insana bu qədər ağrı verir?

Kağızla kəsilmələr adətən parmaq, dodaq və ya dil kimi bədənin ən həssas hissələrində olur. Bədənin bu həssas hissələrinin sinir sistemləri hədsiz dərəcədə ayıq olur. Parmaqlarımız, dodaq və dilimizdəki bu sinir hüceyrələri həmin bölgələrə mükəmməl qəbul etmə qabiliyyəti qazandırır, lakin eyni zamanda yaralanarkən həmin yerlər daha pis ağırı verir.

Bu həssas yerlər eyni zamanda davamlı olaraq istifadə etdiyimiz bölgələrdir. Ona görə də həmin yerlərdəki kəsiklər yavaş sağalır və gün ərzində eyni ağrıları təkrar-təkrar yaşamaq məcburiyyətində qalırıq.

Həssas bölgələrdəki bu sinir nöqtələrinə nosiseptörlər deyilir və beynə ağrı hissi ilə təhlükələr haqda xəbərdarlıq edir. Bundan aydın olur ki, kağız kəsikləri zamanı əsas günahkar nosiseptörlərdir. Ancaq kağızın növlərinə görə də yara daha çox ağrı verə bilir. Bəzi kağızların kənarı göründüyü kimi incə deyil və kobudluğu ilə dərin iz qoya bilir.

Bəs kağız əlimizi kəsən zaman nə etməliyik?

  • Əvvəlcə kəsilən yeri tez sabun və suyla yuyun. Bu, infeksiya riskini azaldır və yaranın daha tez sağalmasına kömək edir.
  • Yaranı təmiz tutun və mümkün olduğu qədər yaranın açılmaması üçün üzərini sarğı ilə bağlayın.

Firuzə Alimova / TurpKimi.com