Memorial Kayseri Xəstəxanası Bəslənmə və Diyet fakültəsinin diyetoloqu Betül Merd ispanağın faydaları haqqında maraqlı bilgilər paylaşıb. İspanaqdan düzgün istifadə qaydaları ilə bağlı bəzi ipucları verib.
TurpKimi.com bu maraqlı və faydalı informasiyanı oxucuların diqqətinə çatdırır.
Bildiyimiz kimi, ispanaq istiyə qarşı çox həssasdır. Qida dəyərinin itməməsi üçün bəzi qaydalara riayət edilərək bişirilməlidir.
İspanaqdan mövsümündə istifadə etdikdə bədənin ehtiyacı olan vitamin və mineralı təmin edir, antioksidant xüsusiyyəti sayəsində immunitet sistemini gücləndirərək xəstəliklərdən qorumağa kömək edir. İspanağı istehlak edərkən qida dəyərlərinin itməməsi üçün bəzi qaydalara düzgün riayət etmək lazımdır.
İspanaq karoten, likopen, zeaksantin kimi piqmentlər və lif baxımından olduqca zəngin bir tərəvəzdir. İspanağın 100 qramında 469 mq A vitamini və 5626 mq provitamin A və ya B-karoten, K vitamini, C vitamini, B2 vitamini və daha aşağı konsentrasiyalarda fol turşusu (B9, tiamin daxil) var. Bundan əlavə ispanaqda B1 və riboflavin və ya B2, C, E, K vitaminləri ilə E vitamini arasında tokoferollər və tokotrienollər kimi müxtəlif birləşmələr var.
Vitamin və mineral anbarı
Mineral baxımından 100 qram ispanaqda 58 mq maqnezium, 123 mq kalsium, 633 mq kalium, 4,25 mq sink, 0,128 mq mis, 8.75 mq manqan, 120 mq natrium və 55 mq fosfor ilə 4-35 mq dəmir var. Bundan əlavə ispanaq, diyet lifi, B6 vitamini, E vitamini və omeqa-3 yağ turşularının əsas mənbəyidir.
Qida dəyəri baxımından zəngindir
İspanaq qida dəyərləri baxımından son dərəcə zəngin olan tünd yaşıl yarpaqlı bir tərəvəzdir. Sağlamlıq üçün faydalı olan vitamin və minerallardan başqa toxumaların inkişafı və fəaliyyəti üçün lazım olan diyet lifi, zülal və yağ turşularını əhatə edən bir neçə əhəmiyyətli mikro qida ehtiva edir. 100 qram ispanaq təxminən 150 kilokaloridir və gündəlik K vitamini, A vitamini ehtiyacının gündəlik miqdarının 49 faizini qarşılayır, eləcə də vitamin və mineral tələbatını ödəyir. C vitamini isə dəmirin sorulması üçün əhəmiyyətlidir.
İspanaqdan mövsümündə istehlak edilməlidir
İspanağın təmiz yuyulmasına diqqət etmək lazımdır, ona görə də hər yarpağı tək-tək qopardılaraq sirkəli suda saxlanılmalı və diqqətlə təmizlənib yuyulmalıdır. İspanağın qida dəyərinin qorunması üçün tez-tez isidilməməsi məsləhətdir. Çünki içindəki nitrat maddəsi istiyə məruz qaldıqca nitritə çevrilir və buna görə də təkrarən isidilməsi zəhərlənməyə səbəb olur.
- Qida dəyərləri baxımından ispanaq mövsümündə istehlak edilməlidir.
- İstehlak edilməzdən əvvəl yuyulmalıdır, torpaqdan ispanağa keçən bakteriyalardan tam təmizlənsin deyə sirkəli suda gözlədilməlidir.
- Bişirilməzdən əvvəl qida dəyərlərinin itməməsi üçün kiçik parçalara ayrılmamalıdır.
- İspanaq kiçik hissələrə doğrandıqca içindəki C vitamini azalır, mümkün olduqca tam halda istifadəsi məsləhətə uyğundur.
- Bişirmə əsnasında qida dəyərlərinin itməməsi üçün yağda uzun müddət qovrulmamalıdır.
- Mütləq təmiz bir bıçaqla doğranmalıdır.
İspanağı qatıqla birlikdə yeməyin
- İspanaq ilə birlikdə kalsium ehtiva edən qatıq bir yerdə istehlak edilməməlidir. İspanaqdakı dəmir ilə qatıqdakı kalsium bir-birlərinin əmilməsinə, sorulmasına maneə olur. İspanağın faydasından düzgün yararlanmaq istəyirsinizsə buna xüsusilə diqqət etməlisiniz.
İspanaq immuniteti gücləndirir.
İnfeksiya ilə mübarizə aparır, iltihabəleyhinə təsir göstərir.
Dəmir, fosfor və kalsium ilə zəngin olduğundan sümükləri gücləndirir.
A vitamini ilə zəngin olduğundan göz sağlamlığı üçün yaxşı təsir göstərir.
Dəmir əskikliyi olanlar üçün ispanaq çox faydalı qidadır. Anemiyadan əziyyət çəkənlərin menyusunda mütləq ispanaq olmalıdır.
İspanaq osteoporoz yəni, sümük əriməsini də önləyir.
İnfarkta səbəb olacaq maneələri ortadan qaldırır, ürək-damar sisteminin sağlam fəaliyyəti üçün faydalıdır.
Tərkibindəki K vitamini, fol turşusu, lutein və B-karoten sayəsində oksidativ stressin azalmasını təmi edir, yaşlanmaya səbəb olan oksidativ stress riskini azaldır, zehni gücləndirir.
Ürəyə və beyinə yaxşı təsir edir
İspanaq Alzheimer xəstəliyinin inkişafına səbəb olan "kolinesteraz" adlandırılan bir fermentin fəaliyyətini bloklayır. İspanaqdakı yüksək maqnezium B-amiloid adlı peptidinin səbəb olduğu neyron ölümü səviyyəsini azaldaraq hipertaniya, diyabet və kardiyovaskulyar xəstəlik kimi xroniki xəstəliklərlə əlaqəli erkən uşaq düşürmə kimi problemləri önləyir.
Yüksək K vitamini, fol turşusu, B-karoten və lutein tərkibi ilə yaşlanmanın qarşısını alır, sinirlərin fəaliyyətini yaxşılaşdırır.
Antioksidant və C vitamini tərkibinin yüksək olması,lif və karbohidratla zənginliyi qan şəkərini tənzimləyir, tərkibindəki maqnezium insulin ehtiyacını azaldır. Diyabetli xəstələrdə toxluq hissi yaradaraq arıqlamağa kömək edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 02-02-2022