Kalsiumun qəbulu böyrəklərdə daş yaradır? - Zərərsiz təbii kalsium mənbəyi – VİDEO


Verilişdən olan videogörüntü...

kalsiumun-qebulu-boyreklerde-das-yaradir
01.04.2022 00:49 3 dəq oxuma

Hazırda sağlamlıqda yaranan ən ciddi problemlərdən biri də orqanizmdə kalsium çatışmazlığıdır. Bu o qədər geniş yayılıb ki, artıq körpə uşaqlar da kalsium azlığından yaranmış xəstəliklərdən əziyyət çəkir. Dərman vasitəsi kimi alınan kalsium preparatlarının orqanizmə təsiri isə hər zaman insanlarda şübhə yaradıb. Hətta kənardan qəbul edilən kalsiumun böyrəklərdə yığılaraq daş yaratdığı deyilir.

TurpKimi.com xəbər verir ki, bu barədə ərtaflı fitoterapevt Fizuli Hüseynov danışıb. O bildirib ki, apteklərdə satılan kalsium preparatları çox bahadır:

“Kalsium qaynağı olan yumurta qabığının 95 faizi kalsium karbonatdır. Yerdə qalan 5 faizinin tərkibində demək olar ki, bütün minerallar var: kalium, mis, sink, manqan, maqnezium və sair. Lakin dərman kimi qəbul etdiyimiz kalsium karbonat 100 faizlidir. Amerikada araşdırılıb ki, yumurta qabığının bədənə sovrulması, 100 faizli kalsium karbonatın bədənə sovrulmasından daha rahatdır.

Əgər qanda kalsiumun miqdarı çoxdursa, kalsium preparatı da, yumurta qabığı da böyrəkdə daş əmələ gətirə bilər. Amma burda bir məsələ var: 100 faizli kalsium karbonat daha tez daşlaşma əmələ gətirir, nəinki yumurta qabığı... Çünki yumurta qabığı kombinə olunmuş bir vasitədir. Yumurta qabığının tərkibindəki kalsium bayaq sadaladığımız digər minerallarla əl-ələ vermiş formadadır. Yəni orqanizm həmin vasitədən bizə lazım olan miqdarda kalsium götürəcək. Bu da böyrəklərdə daşlaşma əmələ gətirməyəcək. Yumurta qabığının tərkibindən 100 faizli kalsiumu çıxarıb qəbul etsək, bu zaman böyrəklərdə daşlaşmaya səbəb ola bilər".

Yumurta qabığından istifadə qaydası

“Bədənimizə lazım olan kalsiumun gündəlik normasını almaq üçün 1 yumurtanın qabığı üyüdülərək 3 yerə bölünməlidir. Gün ərzində yalnız 3-də bir hissəsi istifadə edilərək yeməklərə səpilə, bala qarışdırılıb yeyilə bilər. Yaxşı olar ki, kənd yumurtasından istifadə olunsun. Çünki kənd yumurtasında kalsium və digər mineralların miqdarı broyler toyuqlarının yumurtasından daha çoxdur.

Yumurta qabığından kimlər istifadə edə bilər?

Böyüməkdə olan uşaqlar, saçları qırılan, cansızlaşan, sümük boşluqları, sümük əriməsi olan insanlarda, həmçinin dişləri əyri çıxan uşaqlarda kalsium problemi varsa, yumurta qabığından istifadə edə bilər. Daha çox kalsium itkisinə məruz qalan insanlar klimaks keçirən xanımlardır.

Yumurta qabığından təbii kalsium RESEPTİ

10 ədəd kənd yumurtasının qabığını pərdəsi ilə birlikdə qaynar suya salıb çıxardırıq. Tam qurudulduqdan sonra üyüdülüb ələkdən keçirilir. Toz halında olan yumurta qabığı 1 litr limon suyu ilə qarışdırılır. 5-6 gün soyuducuda saxlanılmalıdır. Hər gün bir dəfə qarışdırılır. Sonra həmin qarışım süzülür. Bu zaman yumurtanın tərkibindəki kalsium limon suyuna keçir. Həmin kalsium da artıq suda həll olunmuş kalsima çevrilir. Sonda bura 1 kq təbii bal qarışdırılır. Soyuduca saxlamaq şərti ilə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1-2 xörək qaşığı içilməlidir. Balı ona görə qarışdırırq ki, onun da tərkibində kalsium var, həm də məhlulu içmək rahat olur.

Verilişdən olan videogörüntünü təqdim edirik:

Firuzə Alimova / TurpKimi.com