Karantin dövründə necə qidalanmalı? - İmmuniteti necə gücləndirək?


Dünyada və ölkəmizdə təsirini sürətlə davam etdirən koronavirus epidemiyasına görə az qala hamımız karantin altında özümüzün və ətrafımızdakıların sağlamlığını qorumağa çalışırıq.

karantin-dovrunde-nece-qidalanmali
29.03.2020 14:20 3 dəq oxuma

Karantin müddətində bir çox adamın iştahı açıldı və qeyri-sağlam  bəslənmə başlandı. 

TurpKimi.com  xəbər verir ki,  türkiyəli diyetoloq Dr. Canel Önel ev karantinində istehlak ediləcək ən sağlam 11 qidanın siyahısını  açıqlayıb. 

Korono virusa qarşı evdən çıxmayın, amma sağlam bəslənməyə də laqeyd yanaşmayın. Evdəykən tez bazar,  əlüstü qidalar yerinə sağlam qidalar seçin. Mütəxəssis bu müddətdə artıq çəki almadan immunitet sistemini gücləndirməyin mümkün olduğunu qeyd  edib:

“Gündə 5 boşqab meyvə və tərəvəz istehlakı, yəni 3 boşqab meyvə və 2 boşqab tərəvəz gündəlik təkrarlanmalıdır. Bu qidalar virusa qarşı mübarizə aparan  C vitamini çoxaldır. 1 boşqab meyvə; 1 portağal, ya da alma ola bilər. 1 boşqab tərəvəz isə 4 yemək qaşığı tərəvəz yeməyi olmalıdır."

Qızartmadan uzaq durun

Yağsız ət, balıq, yumurta, quru paxlalılar və çərəzlər kimi yaxşı zülal qaynaqlarından istehlak edin. Qızardılmış yeməklərdən qaçınaraq buxarda və ya sobada bişən,  buğlama kimi daha sağlam bişirmə üsullarını seçərək yağı azalda bilərik.

Unutmamaq lazımdır ki, hərəkətsizlik çəkini qaldırır  və yağlı qidaların kalorisi yüksəkdir.

Evdə olduğumuz üçün bu dövrdə əlüstü  və çipsi, şəkər kimi qida dəyəri pis olan atışdırmalıqlardan uzaq durun. Soyuducunu tez-tez açmamaq üçün özünüzə məşğuliyyət tapın.

Bu çətin günlərdə hərəkətsiz həyat sürdüyümüz üçün daha çox lif  qəbul etmək lazımdır. Ona görə də  ağ çörək,  simit kimi ağ unlu məhsullar yerinə, tam taxıllı çörəkləri, taxıllı biskvit kimi atışdırmalıqları seçməliyik. Çünki hərəkətsizliklə birlikdə qəbizlik şikayətləri arta bilər. 

Kola yerinə mineral su için

Meyvəli sodalar, limonadlar, hazır meyvə suları kimi şəkərli içkiləri məhdudlaşdırın, daha çox su için.  Bədənimizi toksinlərdən təmizləyən ən əhəmiyyətli qida sudur. Gündəlik ən azı 2 litr su için.  İçki kimi sudan başqa mineral su seçimi edilə bilər. 

Tək bir qida ilə immunitetinizi aşağı sala bilərsiniz. Ona görə diyetadan uzaq durun. 

Kafi və balanslı bəslənmə həm xəstəliklərdən qorunmağa, həm də xəstəliklərlə mübarizə aparmağa  köməkçi olar."

Bu qidaları süfrənizdən əskik etməyin.

Viruslarla mübarizə etməyin tək yolu immuniteti gücləndirməkdir.  İmmunitet sistemini gücləndirmək üçün istehlak edilməli olan  qidalar:

Soğan və sarımsağın yemək və salat souslarına əlavə edilməsi mütləqdir. 

Gündəlik 5-10 budaq cəfəri isə adamın gündəlik C vitamini ehtiyacının üçdə birini qarşılayır.

Omeqa 3 yağ turşuları və zəngin tərkibi ilə immunitet sistemini gücləndirici xüsusiyyəti olan balığın həftədə 1-2 dəfə mütləq istehlak edilməsi lazımdır. E vitamini və ən qüvvətli antioksidant vitamin  fındıq-qoz-badam üçlüyündə  var. 

Zəncəfil  də immunitet sistemini gücləndirir və bədənin müqavimətini artırır. 

Narda olan polifenolik elementlər və nara  qırmızı rəngini verən antosiyaninlər antioksidant təsiri göstərərək immunitet sistemini gücləndirir. Ancaq narın suyunu sıxıb içmək əvəzinə,  orta böyüklükdə bir narı istehlak etmək bağırsaq sağlamlığı baxımından daha faydalıdır.

Kivi isə tam bir vitamin və mineral anbarıdır.

C vitamini ilə zəngin olan portağal və limon xəstəliklərə qarşı mübarizədə bədənin müqavimətini artırır. 

Təbii qatıq, kefir kimi probiotik qaynaqları nizamlı olaraq istehlak edildiyində bağırsaq florasını zənginləşdirərək immunitet sistemini gücləndirir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com