Karantin günlərində hansı hallarda SMS-məlumatın göndərilməsi tələb olunmur?


Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS-məlumatın göndərilməsi tələb olunmur.

karantin-gunlerinde-hansi-hallarda-sms-melumatin-gonderilmesi-teleb-olunmur
19.06.2020 19:38 1 dəq oxuma

Bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Baş Nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb. 

Həmçinin şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS -məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər.

Bu halda onlar məhkəməyə və ya hüquq-mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. (report)