Min bir növ yeməyin hazırlanmasında istifadə edilən kartof düzgün saxlanmadıqda tez xarab olur, iylənir.
Torpaqların çirklənməsi, məhsuldarlığın artırılması üçün istifadə edilən kimyəvi tərkibli gübrələr, həşəratlara qarşı istifadə edilən dərmanlar qidanın keyfiyyətinə, həm də saxlanma müddətinə təsir edir.
TurpKimi.com xəbər verir ki, kartofu uzun müddət mühafizə etməyin yolu birbaşa günəş şüalarının düşdüyü yerdən qorumaq, quru və otaq şəraitində saxlamaqdır.
Kartof niyə çürüyür?
Kartofun çürüməsinə səbəb olan şey onun torpaqlı qalmasıdır. Bu o deməkdir ki, onda hələ də canlı mikroorqanizmlər var. Mineralına və vitamininə təsir edir, onunla qidalanır.
Kartofu uzun müddət saxlamaq üçün evə gətirərkən onu yuyub təmizləyib, torpaqdan arındırmaq lazımdır. Bunun üçün mətbəx fırçasından da istifadə edə bilərsiniz. Daha sonra qurulayıb saxlaya bilərsiniz.
Kartofları təmiz qaba yığıb üstünə bir bez atıb saxlayın. Bu cür şəraitdə saxladığınız kartofların çox gec xarab olmasına şahid olacaqsız.
Vüsalə Əlövsətqızı, TurpKimi.com