Bəzi saxlama texnikasına əməl etməklə kartofun cücərməsinin qarşısını ala və onu uzun müddət xarab olmadan saxlaya bilərsiniz.
TurpKimi.com kartofun əvvəlki təzəliyini qoruyub saxlaması üçün lazım olan bəzi ipuclarını oxucuları ilə bölüşür.
Kartof hər kəsin favorit qidalarından biridir.
Gec xarab olan tərəvəzlər qrupuna aid kartofun sümük sağlamlığına müsbət təsiri elmi olaraq sübut edilib. Çörəkdən sonra ikinci qida olan kartof dəmir, maqnezium, kalsium və fosfor kimi minerallar baxımından zəngindir. Bu minerallar sümük sağlamlığını dəstəkləyir. Lif, kalium və C vitamini baxımından da zəngin olan kartof, ürək sağlamlığı üçün də əhəmiyyətlidir.
Kartofun cücərmədən saxlamaq qaydası əslində çox asandır.
Meyvə və tərəvəzlərdən uzaq tutun
Kartofu alma, soğan, avokado, pomidor kimi məhsulların yanında saxlamayın. Çünki bu tərəvəzlər tez yetişir və kartofun da cücərməsinə səbəb ola bilər. Mümkünsə kartofu ayrıca mühafizə edin.
Paketdən istifadə etməyin
Kartofu plastik torba və ya paketlərdə saxlamayın. Çünki plastik vasitələr kartofun daha sürətlə kiflənməsinə və çürüməsinə səbəb ola bilər. Plastik paketlər rütubətli mühit yaradaraq bu müddəti sürətləndirir. Buna görə də kartofları kağız, bez torba, şəbəkə torba, səbət və ya qutuda saxlamaq daha yaxşıdır.
Elektrik əşyaları, mebeldən uzaq tutun
Soba və ya soyuducu kimi elektrikli cihazlar işləyərkən ətrafa istilik yayırlar. Ona görə də kartofu isti yerlərdən kənarda saxlayın.
Qısa müddətdə istehlak edin
Kartofun rəf ömrü uzun ola bilər, xüsusilə yaz aylarında temperaturun artması ilə cücərmə riski artırr. Yaz aylarında yalnız bir və ya iki istifadəlik kartof almaq daha yaxşıdır. Sərin yeriniz yoxdursa, çox kartof almayın.
Əlavə olaraq qeyd edim ki, cücərmiş kartofda müxtəlif zərərli birləşmələr vardır. Həmin toksiki maddələr qida zəhərlənmələrinə yol açır. Xüsusilə hamilə qadınlar cücərmiş kartof yeməkdən qaçınmalıdırlar.
Kartofun cücərmiş yerini kəsib atmaq, yaşıllanmış qabığını dərindən soymaqla bu toksik maddələrin azalmasına kömək edə bilərsiniz. Buna baxmayaraq həddindən artıq cücərmiş kartof yemək insan sağlamlığı üçün zərərlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com