Karyerada uğur necə qazanılır? - Təcrübələr danışır


TurpKimi.com karyerasında uğur qazanan qadınların ortaq xüsusiyyətləri haqqında maraqlı məqamları oxucuları ilə bölüşəcək.

karyerada-ugur-nece-qazanilir
06.03.2022 21:08 2 dəq oxuma

Uğurun tərifi hər kəs üçün fərqli ola bilər. Ancaq təkcə  "Qadın" olmağın belə öz çətinlikləri var. Bir də "Bacarıqlı və İşgüzar Qadın" ifadəsi var.

Burda söhbət ağıllı, bacarıqlı, özünə yüksək  inamı olan, həyatın arxasınca gedən deyil, həyatı arxasınca gəlməyə məcbur edən və iqtisadi cəhətdən azad olan qadın tipindən bəhs edirik. Hələ siyahı bitmir.  Yaxşı həyat yoldaşı, yaxşı ana olmağın da öz məsuliyyəti bir tərəfdən.  

Beləliklə, karyerasını qurmağa can atan, çabalayan xanımlar üçün ilham qaynağı ola biləcək uğurlu qadınların ortaq xüsusiyyətləri:

Həvəslidirlər

Gördükləri işə ehtirasla bağlıdırlar. Sevdikləri işi görürlər və ona görə də motivasiyaları yüksəkdir.  Bu motivasiya işlərinə müsbət enerji kimi əks olunur və pozitiv enerjini ətraflarındakı insanlara da ötürə bilirlər.

 Uğura səmimi qəlbdən inanırlar

Motivasiyaları davamlıdır. Məqsədlərinə çatmaq üçün arzu və istəkləri tükənmir. Fikirləri və ya hədəfləri nə qədər qeyri-mümkün görünsə də, nail olacaqlarına inanırlar.

Yeni insanlarla əlaqə qurmağa xüsusi əhəmiyyət verirlər

Yaxşı dostluq münasibətləri qurmaq, istiqanlı olmaq, dağıdıcı deyil, qurucu olmaq artıq həyat tərzləridir.  Sosial həyatlarında çox fəaldırlar.

Riskə gedirlər

Plansız və riskli hərəkətləri sevirlər. Məqsədlərinə gedən yolda hər cür riski gözə  almaqdan çəkinmirlər. Risklərin yaratdığı məsuliyyətdən qaçmırlar. Risklərin uğurun açarı olduğunu yaxşı  bilirlər.

 Uğursuzluğa düça olsalar da həvəsdən düşmürlər

Uğursuzluq onların motivasiyasına təsir edə bilməz. Bir işdə uğura çatmaq üçün təkrar-təkrar  əmək sərf etməkdən qaçmazlar. Onlar üçün uğursuzluğa düçar olmaq həyatın sonu deyil.  Dəfələrlə, usanmadan məqsədlərinə çatmaq üçün yeni hədəflər qoyarlar. Məğlub omaq yeni həyatın başlanğıcıdır.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

07-08-2019