“Kaş ki, orucluqda adamlar 30-40 gün heç nə yeməyəydi, ancaq çiy su içəydi..." - Ərşad Əzimzadə


Oruc tutmaq cansağlığı baxımdan o qədər də faydalı deyil...

kas-ki-orucluqda-adamlar-30-40-gun-hec-ne-yemeyeydi-ancaq-ciy-su-iceydi
30.03.2022 23:50 2 dəq oxuma

Aprelin 2-dən Ramazan ayı - orucluq başlayır. Orucluq müddətində ən vacib məsələlərdən biri gün ərzində ac-susuz qalan şəxslərin imsaq və iftar zamanı necə qidalanması ilə bağlıdır. Yəni, hamını “Orucluqda necə qidalanmalı” sualının cavabı maraqlandırır.

"Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, tanınmış təbib, yazıçı-jurnalist Ərşad Əzimzadə Modern.az-a bildirib ki, oruc tutmaq - əqidə baxımdan çox dəyərli mərasimdir. Lakin cansağlığı baxımdan o qədər də faydalı deyil.

“Kaş ki, orucluğu tətbiq edəndə, adamlara icazə verəydilər 30-40 gün heç nə yeməyəydi, ancaq çiy su içəydi. Belə olsaydı, kimin nə azar-bezarı vardısa, sağaldardı. Bir halda ki, peyğəmbərimiz belə buyurub, o zaman biz bu tədbirdən maksimum faydalanmalıyıq.

Mən oruc tutsaydım, aşağıdakı qaydada qidalanardım:

İcazə verilən vaxtda ancaq çiy su, meyvə və tərəvəz şirəsi içərdim və yaxud meyvələrin özünü, qoz, fındıq, badam, bal yeyərdim.

Bunu etməyi bacarmayan adamlara məsləhətim budur ki, icazə verilən vaxtda yalnız 1 dəfə xörək yesinlər, qalan vaxtlarda çiy su və ot dəmləmələri içsinlər. Şəkərdən və tərkibində şəkər olan bütün məmulatlardan tam imtina etmək məsləhətdir. Bu vaxt çörəkdən və un xörəklərindən imtina edə bilənlər - orqanizmə böyük yaxşılıq etmiş olardılar.

Möhkəm iradəli adamlara tövsiyə edirəm ki, tam aclıq etsin, ancaq limonlu və ballı çiy su içsin. Onların nəzərinə çatdırmaq istəyirəm ki, insan təkcə suyun hesabına 100-150 gün qala bilir”.

TurpKimi.com