Davamlı istifadə edildikdə ciddi nəticələr verir...
Alternativ tibbin möcüzəvi yağlarından biri olan, min bir dərdin dərmanı şam ağacı yağının faydaları sadalamaqla bitməz. Təbii vasitələrlə müalicə edilməyi üstün tutanların istifadə etdiyi bu yağ, adətən təsirli dərman rolunu oynayır.
TurpKimi.com bildirir ki, xüsusən də erkən yaşda saç tökülməsi, keçəllik kimi tez-tez rast gəlinən problemlərin həllində davamlı istifadə edildikdə ciddi nəticələr verir.
Belə ki, bu yağdan istifadə edənlər saçlarının daha sürətlə uzandığını və parlaq göründüyünü söyləyir.
Şam ağacı yağı çox güclü tərkibə malik olduğu üçün birbaşa başın dərisinə sürtülməsi məsləhətli deyil. Bunun üçün şam ağacı yağını 200 ml şampunun içinə 20-25 damcı damladaraq yaxşıca qarışdırmaq lazımdır. Hər dəfə saçlar yuyulduqda istifadə oluna bilər.
Saqqal tökülməsində də istifadəsi mümkündür. Bu zaman şam ağacı yağı badam yağı ilə qarışdırılıb saqqala sürtülür. Tüklərin köklərini gücləndirərək tökülmənin qarşısını alır.
Fərahladıcı və sakitləşdirici qoxusu ilə şam ağacı yağı gərgin günlərdə köməyinizə çatacaq. Yuyunarkən hamam suyuna bir neçə damcı tökmək olar. Havayla təmasa girən yağ ətrafa yayılaraq xoş qoxusu ilə stresi azaltmağa kömək edəcək.
Yazılıb:08.02.2022-ci ildə...
Firuzə Alimova / TurpKimi.com