Keçmişdə ağcaqanadlarla necə mübarizə aparardılar?  - Həşəratları uzaqlaşdıran ən təbii yol


Yay aylarının kabusu şübhəsiz ağcaqanadlardır. Ağcaqanad və ona bənzəyən həşəratlardan təbii yollarla xilas olmaq mümkündür. 

kecmisde-agcaqanadlarla-nece-mubarize-aparardilar
01.05.2024 23:13 2 dəq oxuma

Turpkimi.com keçmişdə ağcaqanadlardan qorunmaq üçün  istifadə edilən ən təbii yolları təqdim edir:

Vanil tozu

Vanil tozunu uşaq  losyonu ilə qarışdırın və orqanizminizin çılpaq yerlərinə tətbiq edin. Vanil tozunu suda əridib qarışığı dərinizə və paltarınıza sürtə bilərsiz. 
 
 Zirə, mixək, reyhan və evkalipt uçucu yağları

 Bir stəkan suya 5-10 damla zirə, mixək, reyhan və evkaliptin uçucu yağlarını əlavə edin və orqanizminizin açıq yerlərinə sürtün. Buxar, ətir lampaları və ya qızdırılmış bir tavaya damlada bilərsiniz. Bundan başqa, pambığı yağa batıraraq pəncərənın kənarlarına, qoruyucusuna sürtün. 
 
 Gəndəlaş (Elderflower-ingiliscə,  mürver-türkcə-Red.) budağı
 

Bu çiçəklər ağ yasəmənə bənzəyir. Otağınıza təzə gəndəlaş budağı qoyun. Ağcaqanadları tez uzaqlaşdırır. Ancaq diqqət edin,  kəskin qoxusu olan bu çiçəklər yuxunuzu qaçırda bilər. Bu səbəbdən gecələr otağınızdan çıxarsanız, daha rahat yata bilərsiz.

Mixək

Bir stəkan suya 5 qram mixək qoyun və 15 dəqiqə qaynadın. Bu qarışığın 10 damcısını 1 xörək qaşığı odekolon ilə qarışdırın və orqanizminizin çılpaq hissələrinə sürtün.

Ardıc budağı

Çöldə oturanda ocaq qalamq fikrindəsinizsə  çır-çırpının içinə bir neçə  ardıc budağı atın. 
 
 Sidr yağı

Sidr yağının qoxusu sadəcə ağcaqanadları deyil, eyni zamanda milçəkləri və hamam böcəklərini də uzaqlaşdırmaq üçün təsirli vasitədir.

Adaçayı

Bir ovuc adaçayı köklərini 400 milli suya əlavə edib qaynadın və 20-30 dəqiqə dəmlənməsini gözləyin. Üzünüzü bu qarışıq ilə yuyun. Sadəcə, ağcaqanadlardan deyil bütün böcəklərdən xilas olarsınız.

Qızçiçəyi

Qızçiçəyi və ya xrizantem (Payızgülü)  ağcaqanadlara qarşı mübarizədə qədimi üsuldur. Qurudulmuş çiçəkləri, qızçiçəyinin sapları və yarpaqları həşəratların sinir hüceyrələrini təsir göstərir. Evinizə və ya olduğunuz mənzilə bir neçə kiçik qızçiçəyi qoya bilərsiniz. 
 
Buğda cücərtisi

Qədim zamanlarda insanlar ağcaqanadlardan və digər qansorucu həşəratlardan xilas olmaq üçün buğda cücərtisindən istifadə edərdilər. 40 milli suya bir ovuc buğda cücərtisi qoyun və çüərtilər açıq sarı olana qədər 3 dəfə qaynadın. Üz və əlləri bu qarışıq ilə yuyun.
 
 Reyhan yarpağı

Doğranmış reyhan yarpaqlarını və ya reyhan çiçəyini otağınıza qoyun. Reyhanın otağa yaydığı qoxu ağcaqanadları uzaqlaşdıracaqdır.
 
 Yağ, şampun və sirkə

Ağcaqanad və milçəklərə qarşı təsirli  qarışıq hazırlayaq: yemək yağı, şampun və sirkədən eyni miqdarda bir qaba töküb köpüklənənə qədər yaxşıca qarışdırın. Bu qarışığı bədəninizə sürtün, ya da milçəklərin gəlməyini istəmədiyiniz yerə qoyun. 

Qeyd: Sirkənin iyi həşəratları uzaqlaşdırır, şampun bu ağır qoxunu yayır,  yağ  isə hər hansı bir kremin əsas maddəsidir. Həmçinin bu qarışıq uşaqlar üçün də etibarlıdır və ağır qoxusu yoxdur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com