Yaraları kefir sağaldır. Kefirin xeyrini hamı bilir, amma onun müalicəvi funksiyasından çoxları bixəbərdir.
TurpKimi.com məhz bu xüsusiyyətlərdən yazacaq.
Ayaqları tez-tez şişənlər kefirdən məlhəm hazırlamaqla bu problemdən azad ola bilərlər.
1 xörək qaşığı qovun tumuna 0.5 stəkan su töküb, 5 dəqiqə qaynadın. Soyuduqdan sonra sudan ½ stəkan götürüb, 1 stəkan kefirlə qarışdırın. Məlhəmə 1 çay qaşığı portağal və ya limon şirəsi əlavə edə bilərsiz. Ayaqları tez-tez şişənlər bu məlhəmdən gündə 3 dəfə içsinlər.
Yaraları sağaldan kefir
Kefirlə ləkələrə qarşı da mübarizə aparmaq mükündür. Bədənin zədələnmiş yerinə kefirlə kompres qoymaq yaranı tez sağaldır. O, ləkə əmələ gəlməsinin qarşısını alıb, qan yığılmasına imkan verməyəcək.
Evdə kefiri necə hazırlamaq olar?
1 litr süd
1 yemək qaşığı kefir mayası
Şüşə qab
Plastik süzgəc (kefiri süzüb dənələrini götürmək üçün lazımdır)
Hazırlanma qaydası:
Əvvəl südü qaynadın və qaymağını üzərindən təmizləyin. Südə kefir dənələrini əlavə edin. İstifadə etdiyiniz qabın metal olmamasına diqqət edin. Taxta qaşıqla yaxşıca qarışdırın və qabın üzərini təmiz bir bezlə bağlayın. 20-25 dərəcədə qaranlıq bir mühitdə 2 günə qədər südü saxlayın. Bu müddətdə süd mayalanacaq. Mayalanmış südü plastik bir süzgəc, ya da tənziflə süzün. İstəsəniz, kefiri bu şəkildə sadə, ya da içinə meyvə dənələri əlavə edərək içə bilərsiniz.
Kefiri mayalamaq üçün marketlərdə yüksək keyfiyyətli, etibar etdiyiniz bir markanın kefirini alaraq istifadə edə bilərsiniz.
Kefiri soyuducuda 2 gün saxlamaq olar. 2 gün ərzində istifadə edilməlidir.
Kefirin faydaları
Tərkibindəki yüksək miqdarda kalsiumla sümüklərin inkişafını dəstəkləyən kefir böyümə dövründəki uşaqlara və yaşlıların artan kalsium ehtiyacına dəstək verir. Gün ərzində 2 stəkan kefir içmək gündəlik kalsium ehtiyacının təxminən yüzdə 60 faizini ödəyir. Zəngin E vitamini və selenium tərkibi sayəsində kefir güclü bir antioksidantdır. Hüceyrə parçalanmasına səbəb olan toksin maddələrin meydana gəlməsini və törəməsinin qarşısını alaraq hüceyrə yenilənməsinə kömək edir.
Qidaların həzm edilməsinə və əmilməsinə kömək edir
Bağırsaq florasını tənzimləyir. Bağırsaqlarda bu faydalı mikroorqanizmlər azaldığında ishal, qəbizlik, udmada problem yarana bilir. Kefir tərkibindəki təbii mikroorqanizmlərlə bu problemlərin qarşısını almağa kömək edir.
Həmçinin immuniteti gücləndirir, betakaroten olan tərkibi ilə immunitet sistemini dəstəkləyir, bədəndə yığılan toksin maddələrin törəməsini önləyərək, immunitet sistemini gücsüzləşdirən mikroorqanizmləri məhv edir.
Kefir də digər probiotik kimi zülal və yağların asan həzm edilməsinə imkan verir. Kefir, aşağı qlisemik indeksi ilə zülalla birlikdə mədədə uzun müddət qalaraq toxluq hissi verir və qan şəkərinin də daha gec yüksəlməsini təmin edir.
Süd turşusu fermentasiya səbəbindən həzmi asanlaşdırır, mədədə yaranan qazı yüngülləşdirir.
İçindəki triptofan aminoasidi və B vitamini ilə sinirləri sakitləşdirir və depressiyanı azaldır. Rahatlama və yuxuverici xüsusiyyəti var.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
15-02-2022