Kəşfləri ölümlərinə səbəb olan - 5 İXTİRAÇI


Bu insanlar yaşasaydılar ixtiraları ilə həyatımızda yer tutacaqdı, amma öz kəşfləri həyatları bahasına başa gəlib. Çünki onlar özlərini elmə həsr etmiş insanlardır.

kesfleri-olumlerine-sebeb-olan
18.12.2018 02:58 2 dəq oxuma

Bu gün həyatımızda istifadə etdiyimiz hər şey elə də asanlıqla icad edilməyib. Hətta bir çox kəşflər ixtiraçıların həyatına son qoyub.

TurpKimi.com bildirir ki, kəşfləri ölümlərinə səbəb olan 5 ixtiraçını və onların kəşfini təqdim edir:

1 – Thomas Andrews

Əksəriyyətimiz onu tanıyırıq. “Əsla batmaz” deyilən “Titanik” gəmisini hazırlayan inşaat mühəndisi olub. Məlum olduğu kimi hazırladığı gəmi onun həyatına son qoyub. Çünki batmaz dediyi Titanik batdı.

2 – Valerian Abakovski

Təyyarə mühərriki və pərvanəsi ilə işləyən sürətli qatar hazırladı. Adını isə “Aerowagon” qoydu. Sınaq  üçün Moskvadan Tula şəhəri istiqamətində yola düşdü. 21 nəfər idilər və Tulaya çatdıqları üçün çox sevinmişdilər. Lakin geri qayıdan zaman düşünmədikləri bir nəticə ilə qarşılaşdılar. Yüksək sürətlə yoluna davam edən qatar nəzarətdən çıxaraq qəza edir və 6 nəfər dünyasını dəyişir. Onlardan biri də Abakovski olur. Həm kəşf, həm də ixtiraçı yer üzündən eyni anda silinir.

3 – Marie Curie

Curie kimya sahəsində fəaliyyət göstərirdi. Polonium və radium elementlərini kəşf edib. Lakin kəşf müddətində yavaş-yavaş zəhərləndiyini hiss etməyib və beləcə kəşfinə imza atdığı elementlər onun həyatının sonlanmasına səbəb olub.

4 – William Bullock

Bullock çarxlı mətbəə aparatı ixtira edib. Əslində təhlükəli icad deyildi, amma ixtiraçı öz əsəbinə qurban olub.

Aparatı “Philadelphia Public Ledger” qəzetinə satır. Nə olursa, aparatın quraşdırılması zamanı olur. Belə ki, dişliyə oturmayan kəmər Bullocku həddindən çox əsəbləşdirir və kəməri təpikləməyə başlayır. Bu şəkildə kəmərin yerinə oturacağını zənn edir, amma dişli çarx onun ayağına ilişir. Çox keçmədən ixtiraçının ayağı qanqrena olur. Ayağının kəsilməsi üçün əməliyyata girən Bullock masada can verir.

5 – Franz Reichelt

Reichelt dərzi idi və uzun müddət idi ki, paraşütü icad etməyə çalışırdı. Hətta bu marağından dolayı onu “Uçan dərzi” olaraq tanıyırdılar.

Nəhayət, paraşüt tikməyi bacardı, üstəlik sınaqdan uğurla keçəcəyinə əmin idi. Belə ki, sınağını Eyfel qülləsindən tullanaraq test etməyi seçdi. Bu uçuş isə onu sonsuz hüzura qovuşdurdu.

Firuzə Alimova / TurpKimi.com