Kətan toxumunun dadı belə gəlirsə istifadə etməyin!


Kətan toxumu ən çox un məmulatlarının hazırlanmasında istifadə olunur. Faydaları saymaqla bitməyən bu toxumlar vaxtı keçəndə sağlamlığa ziyan verə bilər. 

ketan-toxumunun-dadi-bele-gelirse-istifade-etmeyin
28.01.2023 00:05 2 dəq oxuma

TurpKimi.com kətan toxumundanistifadənin  hansı halda zərərli olacağını açıqlayır. 

Kətan toxumunun qoza oxşar  dadı var. Buna görə də nahar üçün hazırlanan şirniyyatlarda  və ya xəmir məmulatlarında  tez-tez istifadə edilən bir məhsuldur. Bu kiçik toxumlar eyni zamanda zülal, maqnezium, dəmir, sink və kalium kimi qiymətli komponentlərlə zəngindir. 

Bundan əlavə  kardiovaskulyar sistemi qoruyan, normal həzm prosesində  iştirak edən, qan şəkərini nizamlayan və hətta xərçəngi önləyə bilən 25   faiz lif ehtiva edir.

Kətan toxumu faydalı yağ turşuları ilə də zəngindir. Bu turşular Omeqa-3 yağ turşularına aid olan  45 faiz  α-linolenik turşu və omeqa-6 yağ turşusu linoleik turşudan meydana gəlir.

Bu uyğun nisbət  beyin, qan təzyiqi, xolesterol səviyyəsi və kardiovaskulyar sistem üzərində müsbət təsirə malikdir.

Sərt qabıqları onların mədədə həzminə çətinlik yaradır. Bu cür faydalı toxumların bədəndə tam əmilməsi üçün üyüdülərək istifadəsi məqsədə uyğundur. Üyüdülərkən isə toxumun oksidləşmə prosesi onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.  

Tam halda kətan toxumu 2 ilə qədər qalır,  üyüdülmüş kətan toxumunun ömrü isə  ümumiyyətlə 6 - 12 həftə olur. 

Zaman keçdikcə kiflənir və sərtləşir. İylənmiş kətan toxumunun bir başqa əhəmiyyətli göstəricisi dadının acı olmasıdır.

İylənmiş kətan toxumları sağlamlığa zərərli yağ turşuları meydana gətirdiyindən  istehlak edilməsi qəti olmaz.

Ümumiyyətlə, kətan  toxumundan çox miqdarda  istifadə  tövsiyə edilməz. Səbəbi isə tərkibində mədə ağrısı, ürək bulanması və qusmaya  səbəb olan hidrosiyanik turşudur.

Kətan toxumu bəzi dərmanların təsirlərinə də mane ola bilər. Ona görə də  gündə iki yemək qaşığından çox yeməyin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com