Kiçik bir parçası beyni işlədir, sinir hüceyrələrini yeniləyir


Gün ərzində mütləq yeyin...

kicik-bir-parcasi-beyni-isledir-sinir-huceyrelerini-yenileyir
24.05.2022 01:16 1 dəq oxuma

Beyinin sağlamlığına təsir edən tünd şokolad yüksək antioksidant dəyəri ilə hüceyrələri yeniləyir, stress və qayğını azaldır.

TurpKimi.com bildirir ki, xoşbəxtlik hormonu ifraz edən şokoad beyinin fəaliyyət və sağlamlığı üçün olduqca vacibdir.

Alimlər müəyyən ediblər ki, günün ortasında qəbul edilən bir parça acı şokolad beyinin mərkəzinə təsir edərək onu gün ərzində daha güclü edir. Sinir hüceyrələrini ayıldaraq, daha dinc və enerjili olmasına səbəb olur. Belə ki;

- Bir parça tünd şokolad yedikdə beyindəki qan axınının tənzimlənməsinə kömək edir.

- Sinir hüceyrələrini hərəkətə keçirərək, beyinin fəaliyyətini artırır.

- Əsəb, stres, yorğunluq kimi beyinin fəaliyyətinə təsir edən sağlamlıq problemlərinin qarşısını alır.

- Tünd şokolad qan axınını tənzimləyərək beyində tıxanma və anevrizmanın qarşısını alır.

- Diqqəti toplamaq və məlumatı yadda saxlamaq kimi xüsusi sahələri aktivləşdirir.

- Doyma hissini artıran tünd şokolad beyinə siqnal göndərməklə çəki atmaq istəyənlər üçün yaxşı bir seçimdir.

Firuzə Alimova / TurpKimi.com