Kifayət qədər su içmədiyinizin - 13 sübutu


Orqanizminizi əsla sudan məhrum etməyin!

kifayet-qeder-su-icmediyinizin
03.02.2022 15:49 3 dəq oxuma

Bir çox insan lazım olan qədər su içmir və özünü bu təbii qaynaqdan məhrum edərək orqanlarına zərər verir.

TurpKimi.com kifayət qədər su içmədikdə orqanizmdə baş verən dəyişikliyi təqdim edir:

- Ağzınız quruyur

Ağzınızda yapışqan, xoş olmayan hal hiss etdiyinizdə dərhal su içməlisiniz. Amma şirin içkiləri sadəcə qısa müddət üçün için, çünki bu susuzluğun həll yolu deyil. Çünki yalnız su içdikdə ağız və boğazdakı selikli qışa yumşalır və ilk qurtumdan etibarən sizi rahatladır.

- Dəriniz qurudu

Dəri bədənin ən böyük orqanıdır və nəmləndirilməyə ehtiyacı var. Quru dəri susuzluğun ilkin göstəricilərindən biridi və sonra daha böyük problemlərə yol aça bilər. Susuzluq tərləməyə də təsir edir. İnsan tərləmədiyi zaman bədənini gün ərzində yığılan çirk və yağlardan təmizləyə bilməz.

- Çox susuyursunuzsa

Hər kəs səhərlər susuzluq hissi ilə oyandığını deyir. Spirtli içki bütün bədəni susuz qoyur və bədəndəki suyun miqdarı müəyyən səviyyəyə enənə qədər beyin sizə su içmək üçün siqnal göndərir. Bədəninizin sizə söylədiklərini hər zaman dinləyin, nədən danışdığını gözəl bilir.

- Gözləriniz qurudu

Az su içdikdə göz yaşı kanalları quruyur. Xüsusilə də bu, kontakt linzadan istifadə edənlərdə böyük problemlərə yol açır.

- Oynaq ağrısı

Qığırdaq və onurğa disklərinin təxminən 80 faizi sudan ibarətdi. Atdığımız hər addımda sümüklərin bir-birinə sürtünməsinin qarşısını alır. Kifayət qədər su içmək sizi qaçarkən, tullanarkən və ya ani hərəkətlərin səbəb olacağı təhlükələrdən qoruyur.

- Əzələ kütləsi azalır

Əzələlərin böyük hissəsi sudan ibarətdi. İdman etməzdən əvvəl və sonra su içmək sizi sadəcə nəmləndirib rahatlatmaz. Eyni zamanda bədəninizin lazım olan yerlərində suyun toplanmasına kömək edir, iltihab və ağrı riskini azaldır.

- Xəstəlik uzanar

Su içmək bədəndəki toksinləri atmanıza kömək edir. Orqanlar bəzi tullantı məhsulları filtrdən keçirmək üçün maşın kimi işləyir. Amma maşını su ilə bəsləməsəniz, düzgün işləməz. Bu da sağlamlıqda yeni problemlərə yol açar.

- Yorğunluq və keylik

Bədən susuz qaldıqda qandakı sudan borc alır. Qanda azalan su isə bədəndə oksigen əskikliyinə səbəb olur. Oksigensizlik özünüzü yorğun və key kimi hiss etmənizə gətirib çıxarır.

- Aclıq stressi

Bədən susuz qalanda daha çox yeməyə ehtiyacı duyduğunu düşünməyə başlayır. Bu, gün ərzində yaşanır və gecələr sizi yersiz atışdırmalara sövq edə bilər. Halbuki yemək yemək bədəniniz üçün daha çox iş yaratdığı halda, su içmək onu təmizləyir və orqanlarınızın vəzifələrini yerinə yetirməsi üçün ehtiyac duyduğu yanacağı təmin edir.

- Həzm problemləri

Susuzluq bütün həzm sisteminə təsir edir. Orqanizm düzgün nəmləndirilməyəndə mədədə şirənin miqdarı və gücü azalır. Yaranan mədə turşusu daxildə bəzi böyük zərərlərə səbəb olur. Adətən, mədədə yanma və həzmsizliklə nəticələnir.

- Qəbizlik

Bədənin nəmləndirilməsindən sonra həzm hüceyrələri bağırsaqlara lazım olan sudan istifadə edir.

- Sidiyə çıxma problemləri

İstər inanın, istər inanmayın, amma gündə 4-7 dəfə sidiyə çıxmırsınızsa, demək kifayət qədər su içmirsiniz deməkdir. Sidiyin tünd rəngdə olması da susuzluğun digər göstəricisidir.

- Tez qocalma

Yaşlandıqca bədəndəki suyun miqdarı azalır. Bu o deməkdir ki, insan yaşlandıqca daha çox su içməlidir. Tez qocalmanın təsirləri çöldən daha çox bəlli olduğu kimi, orqanizmin daxilinə də zərər verməsindən şübhəniz olmasın. Odur ki, bədəninizin uzun müddət gənc qalmasını istəyirsinizsə, ömrünüz boyu lazımi qədər su içməyə diqqət etməlisiniz.

Firuzə Alimova / TurpKimi.com

08-08-2019