Kif nədir və niyə yaranır?
Qidalarda meydana gələn kif tez-tez rast gəlinən haldır, xüsusən də yay mövsümündə... O zaman kiflənmiş qidaları zibilə atmaq lazımdır, yoxsa yeyilə bilər?
TurpKimi.com bildirir ki, kif bitki və heyvanlar üzərində yaşayan, hava, su və ya böcəklər vasitəsiylə daşına bilən kiçik göbələklərdir. Kifli qidalarda kiflə birlikdə böyüyən lakin görünməyən digər bakteriyalar da olur.
Daha çox ilıq və nəm mühitdə artır. Lakin soyuducunun içində də qidalar kiflənə bilir. Kif duz və şəkərə dayanaqlıdır. Mürəbbə, turşu, meyvə, pomidor kimi yüksək turşulu qidalarda, basdırma, hisə verilmiş duzlu ətin üzərində də yaşayır.
Kif həssas insanlarda allergik reaksiyalara və tənəffüs problemlərinə səbəb olduğu üçün təhlükəlidir. İnsanları xəstə edən zəhərli maddələr – mikrotoksinlər istehsal edir. Qidaların üzərində kif göründüyü zaman onun sadəcə səthdə olduğu demək deyil, o artıq qidanın dərinliklərinə də nüfuz etmişdir.
Kiflənmiş qidaları qoxulamayın. Burnunuzdən tənəffüs yoluna gedərək problemlərə yol aça bilər. Qida kiflənibsə, sellofana qoyub uşaq və heyvanlardan uzaq zibil qutusuna atın.
Adətən, sərt pendir, hisə verilmiş kolbasa, yerkökü və bibər kimi sərt məhsullar istisna olmaqla kiflənmiş qidaları atmaq məsləhətlidir. Kifin sərt məhsullara dərindən nüfuz etməsi çətin olur. Məhsulu saxlamaq üçün kiflənmiş hissəni kəsib həmin yeri örtərək saxlamaq mümkündür.
Firuzə Alimova / TurpKimi.com