Çörəkdən tam imtina hansı çatışmazlıqlar yaradır?
Çörək adətən, sağlam olmayan və ziyanlı qida kimi tanınır. Çörək bir çox ölkədə əsas qidadır. Undan hazırlanan çörəyin bir çox növü vardır.
TurpKimi.com bu yazıda sizə çörəyin yaxşı və ya pis tərəflərini göstərməyə çalışacaq.
Meyvə və tərəvəzlərlə qarşılaşdırıldığı zaman, çörəyin tərkibindəki əsas qida maddələri nisbətən aşağıdır. Kalori və karbohidrat isə olduqca yüksəkdir. Protein, yağ, lif, vitamin və mineral baxımından tərkibi zəifdir. Lakin tərkibindəki qida maddələri müxtəlif çörək növləri arasında dəyişə bilər. Məsələn, buğda çörəyinin tərkibində olan lif, bəzi çörəklərdə betakaroten, C və E vitaminlər baxımından daha zəngindir.
Çörəyin tərkibi kalori və karbohidratla zəngin olsa da, protein, yağ, lif və bir çox vitamin, mineral baxımından aşağıdır.
Qluten...
Çörək kimi buğda məhsullarının tərkibində protein növü olan gluten olur. Bir çox insan gluteni asanlıqla həzm edə bilsə də, bəziləri ona tab gətirə bilmir. Misal üçün, çölyak xəstəliyi glutenin nazik bağırsağa zərər verdiyi və məhsulun əmilməsini pozan bir xəstəlikdir. Bəzi insanlarda şişkinlik, ishal və mədə ağrısı kimi problemlərə səbəb ola bilən gluten həssaslıq yaradır. Bu insanlar əks təsirlərin qarşısını almaq üçün buğda çörəyindən uzaq durmalıdırlar.
Antinutrientlər ola bilər
“Antinutrient” qida maddələrinin əmilməsini azalda bilən tərkibdir. Taxılların tərkibində adətən bədəninizin müəyyən mineralları udmasının qarşısını alan birləşmələr, yəni antinutrient olur. Çörək dəmir, sink, maqnenzium və kalsiumla zəngin olan və əmilməsinin qarşısını alan fitik turşu ilə zəngindir. Lifli taxıl çörəyi ağ çörəklə müqayisədə daha zəngin qida profilinə sahib olsa da, antinutrient baxımından da daha zəngindir. Odur ki, çörəkdən tamamilə imtina edən vegan və vegeterianlar üçün qidalanmada ciddi çatışmazlıq yarana bilər.
Yüksək karbohidrat
Karbohidrat çörəkdə çoxdur. Bir dilim ağ çörəkdə 13 qram karbohidrat var. Karbohidratlar bədəninizdə qlükozaya parçalanaraq qanda şəkərin səviyyəsinin artmasına yol açır. Ağ çörək kimi glisemik indeksi yüksək olan qidalar qanda şəkərin səviyyəsini sürətlə artırır, həmçinin aclığın artmasına və həddən çox yeməyə səbəb olur.
Taxıl çörəyinin faydaları
Taxıl çörəyi ürək xəstəliyi, diabet, köklük və hətta kolorektal xərçəng riskini aşağı salır.
Buğda çörəyi lif, protein, selenium və maqnezium kimi mikro elementlər baxımından tərkibi zəngindir. Arıqlamaq və sağlamlığınızı qorumaq istəyirsinizsə, buğda çörəyi sizin üçün ən gözəl seçimdir.
Zənginləşdirilmiş çörək
Əvvəldə qeyd etdiyimiz kimi çörək protein, lif, vitamin və mineral kimi əhəmiyyətli qidalarla zəngin deyil. Lakin bəzi növləri əlavə mikro elementlərlə zənginləşdirilir. Çörəyə əlavə olunan bəzi birləşmələr arasında dəmir, riboflavin, tiamin və niasin qatılır.
Son olaraq...
Miqdarını keçmədən, sağlam qidalanmanın bir hissəsi olaraq çörək yeməyin dadını çıxara bilərsiniz. Tam buğda çörəyi kimi sağlam çörəklər seçmək, sağlam tərzdə və miqdarda qidalanmaq ən yaxşısıdır.
Firuzə Alimova / TurpKimi.com