Kimə bal yemək olmaz?


Əslində balı süd məhsulları ilə birləşdirib yedikdə faydası artır.

kime-bal-yemek-olmaz
16.08.2020 22:45 1 dəq oxuma

“Balda çoxlu karbohidratlar var, biokimyəvi indeksinə görə şəkərə bərabərdir”.

“Report” “Moskva 24” telekanalına istinadən xəbər verir ki, bunu həkim-dietoloq Darya Rusakova söyləyib.

Onun sözlərinə görə, bu məhsuldan günün birinci yarısında 1-2 qaşıq qəbul etmək olar. Mütəxəssis vurğulayıb ki, bal hər gün hədsiz yeyiləcək qədər zəngin tərkibə malik deyil.

“Balda olan faydalı maddələrdən maksimum faydalanmaq üçün onu böyük miqdarda yemək lazımdır. Bu isə, öz növbəsində, şəkər xəstəliyi və piylənməyə səbəb ola bilər”, - D.Rusakova bildirib.

Mütəxəssis şəkər xəstələrinə xəbərdarlıq edərək balın onlar üçün zərərli olduğunu qeyd edib. Buna səbəb qandakı qlükozanın ani artım riskidir.

D.Rusakovanın fikrincə, balı mağazalardan almaq tövsiyə olunur. Belə ki, orada bal sertifikatlaşdırılıb və zərərli maddələr üzrə yoxlanışdan keçib.

Dietoloq həmçinin balı kəsmik, sırnik kimi süd məhsulları ilə birləşdirməyi məsləhət görüb.

TurpKimi.com