Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırılıb


İnsanın intellektual səviyyəsi və yaşlanma arasında əlaqə...

kimlerin-suretli-qocalmaga-meylli-oldugu-arasdirilib
09.09.2025 22:44 1 dəq oxuma

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, sürətlənmiş bioloji qocalma xüsusilə aztəminatlı ailələrdə böyümüş insanlarda idrak qabiliyyətlərinin azalması ilə əlaqələndirilir.

TurpKimi.com xəbər verir ki, araşdırma “Aging” jurnalında dərc olunub.

Tədqiqatçılar xarakterik kimyəvi DNT markerləri əsasında insanın bioloji yaşını təxmin etməyə imkan verən "epigenetik saat" adlanan saatdan istifadə ediblər. Təhlillərə uşaqlıqda IQ-sü ölçülən 300-ə yaxın iştirakçı daxil edilib və orta yaşda test təkrarlanıb, onlardan qan nümunələri götürülüb.

Məlum olub ki, xəstəlik və ölüm riski nəzərə alınmaqla hazırlanmış yeni, "ikinci nəsil" epigenetik saat (FenoAge və GrimAge) ən yaxşı şəkildə 50 yaşa qədər İQ-nün azalacağını proqnozlaşdırır. Üstəlik, bu təsir hətta eyni ailədə böyüyən əkizlərdə də davam edib.

Ən böyük zəiflik aztəminatlı ailələrdən olan insanlarda aşkar edilib. Belə ki, erkən sosial stress, müəlliflərin fikrincə, sürətlənmiş qocalmanın uzunmüddətli nəticələrini artırır.

Firuzə Alimova / TURPKİMİ.COM